Bakı, AzerVoice
Türkiyə sahillərində 30-dan çox qeyri-qanuni mühacir saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı internet saytında açıqlama verib.
Qeyd edilib ki, 10-u uşaq olmaqla 33 qeyri-qanuni mühacir İzmirin Seferihisar mahalı sahillərində tutulub.
Prosedurların ardından immiqrantlar Vilayət İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.
Hafiz Rufizoğlu