Bakı, AzerVoice
Türkiyə daxilində keçirilən "Kalkan-36" əməliyyatlarında 32-si
xarici ölkə vətəndaşı olmaqla cəmi 52 miqrant qaçaqmalçılığı
təşkilatçısı və 656 qeyri-qanuni miqrant saxlanılıb.
AzerVoice xəbər verir ki , Türkiyənin
Daxili İşlər Naziri Ali Yerlikaya bu barədə sosial media hesabından
paylaşım edib. Ölkə daxilində həyata keçirilən "Kalkan-36"
əməliyyatlarının nəticələrini açıqlayan Yerlikaya, əməliyyatda 26
min 456 şəxsi heyətin iştirak etdiyini bildirib.
Əməliyyat nəticəsində tutulan qeyri-qanuni immiqrantların vətənə qaytarılması üçün prosedurlar başladılıb.
Nazir, Türkiyənin miqrasiya idarəetməsində insan hüquq və azadlıqlarına hörmət çərçivəsində, ictimai asayiş və təhlükəsizliyə zərər vermədən dünyaya nümunəvi bir model təqdim etdiyini vurğulayıb. O, miqrasiya məsələsinin hərtərəfli şəkildə ələ alındığını, qeyri-qanuni miqrasiya, beynəlxalq qorunma, könüllü dönüş və sərhəd idarəçiliyi sahələrində fəaliyyət göstərildiyini əlavə edib.