Bakı. AzerVoice:
ABŞ-dan yola düşən Panama bayraqlı iki LNG gəmisi Türkiyənin Əliağa LNG Terminalına yanaşıb.
AzerVoice-un məlumatına görə, fevralın 10-da ABŞ-ın Sabine Pass Limanından çıxan Metan Patricia Camila adlı LNG gəmisi, dünən saat 08.20-də Əliağa LNG Terminalına yanaşıb.
Ümumi tutumu 170 min kubmetr olan Panama bayraqlı gəmi 2010-cu ildə tikilib.
Fevralın 11-də Çarlz Gölü Limanını tərk edən SK Resolute adlı LNG gəmisi isə bu gün saat 07.39-da Marmara Ereğlisi LNG Terminalına çatıb.
Ümumi tutumu 180 min kubmetr olan Panama bayraqlı gəmi 2018-ci ildə tikilib.
Aytac Süleymanova
Twitter: a_alieva_