Bakı, AzerVoice
Biz özümüzü Türkiyədən ayrı görmürük.
AzerVoice xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar KKTC-nin müdafiə strategiyası haqqında danışarkən deyib.
Tatar müdafiə strategiyası ilə bağlı mühüm açıqlamalar verib.
"Üstünlüyümüz Türk F-16-larının Adanadan KKTC-yə gəlməsinin 5 dəqiqə çəkməsidir. Türkiyə bunu dəyərləndirir" deyən Tatar "ehtiyac duyularsa, Türkiyə ölkəmizdə hərbi bazalar yarada bilər. Biz lazımi tədbirləri dərhal yerinə yetirərik"-deyə bildirib.
İndiyə qədər atılan addımlara toxunan prezident, “İHA və PUA-lar artıq Geçitkaledə yerləşdirilib”- deyib.
Tatarın “Biz özümüzü Türkiyədən ayrı görmürük” sözləri iki ölkə arasında strateji tərəfdaşlıqla yanaşı həm də milli birliyin olduğunu göstərir.
KKTC və Türkiyə arasındakı bu inkişaf Şərqi Aralıq dənizində güc balansını yenidən formalaşdırmaq potensialına malikdir.
Ekspertlər iki dövlət arasındakı əlaqələrin bu şəkildə inkişafının Şərqi Aralıq dənizində güc balansının dəyişməsi potensialına sahib olduğunu bildirirlər.