Bakı. AzerVoice:
Türkiyə Milli Kəşfiyyat Təşkilatının apardığı işlər nəticəsində xarici kəşfiyyat xidmətləri adından casusluq fəaliyyəti ilə məşğul olduğu ifşa edilən şəxslərə qarşı İstanbul Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 10 şübhəli şəxs saxlanılıb.
AzerVoice xəbər verir ki, Fransa Xarici Kəşfiyyat Xidmətinin casusluğu ifşa edilən Ahmet Katie Fransadan sığınacaq istəməyə hazırlaşarkən xaricə getməzdən əvvəl birlikdə işlədiyi Hüsam Elnahar və İbrahim Şevaiş adlı şəxslərlə birlikdə tutularaq həbsxanaya göndərilib.
MİT və İstanbul Polisi Kəşfiyyat Şöbəsi və Terrorla Mübarizə Şöbəsi qruplarının birgə işi nəticəsində topladıqları məlumatları Çin kəşfiyyatı ilə paylaşdıqları təsbit edilən yeddi şübhəli şəxs də saxlanılıb.