Bakı, AzerVoice:
Türkiyənin Suriyanın şimalındakı təhlükəsiz bölgə üçün humanitar yardım səyləri sayəsində ölkəsinə qayıdan suriyalıların sayı 625 minə çatıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.
"Türkiyə "FETÖ, İŞİD, DHKP-C başqda olmaqla bütün terror təşkilatları ilə mübarizəsini davam etdirir. Hər bir polisimizə, jandarmamıza, sərhəd qoşunlarımıza dəstək və etimada görə təşəkkür edirəm", - deyə o əlavə edib.