Bakı. AzerVoice:
Bütün ölkələr, bütün siyasi liderlər bir-bir bəyanatlar verir, İsrailə xəbərdarlıq edir. Biz gözləyirik ki, İsrail bu xəbərdarlıqlara ən qısa zamanda qulaq assın.
AzerVoice-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.
Fidan, Türkiyə-Gürcüstan əlaqələrinin iqtisadi potensialının daha da inkişaf etdirmək üçün hər iki tərəfin əlindən gələni etdiyini və iş adamlarının qeyri-adi performans nümayiş etdirdiyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Misirə səfərinin “tarixi səfər” olduğunu deyən Fidan, bunun iki ölkə arasında həm ikitərəfli, həm də regional əlaqələrin keyfiyyətinə müsbət mənada dərindən təsir edən bir səfər olduğunu bildirib.
Hakan Fidan, Misir və Türkiyə arasında iqtisadi, regional və müdafiə sənayesi əlaqələrinin ön plana çıxdığını, liderlərin birlikdə hər cür addım atmaq və bu mövzuda intensiv işləmək əzm və iradəsini nümayiş etdirdiklərini bildirib.
"Xüsusən də ikitərəfli münasibətlərin son illərdə diqqətdən kənarda qalan sahələrindəki boşluqların tezliklə aradan qaldırılması üçün iki lider tərəfindən böyük iradə nümayiş etdirilib. Biz artıq bu müsbət iradənin regiona ciddi töhfələr verəcəyini proqnozlaşdırırıq. Qəzza məsələsi, Fələstin-İsrail sülhü və Fələstin dövlətinin qurulması da çox sıx müzakirə olunan mövzulardır",- deyə Türkiyə XİN rəhbəri qeyd edib.
Hakan Fidan əlavə edib ki, uzun müddətdir ki, Misirin həm diplomatik, həm də kəşfiyyat qurumları ilə Liviyaya necə daha müsbət töhfələr verə biləcəyimiz barədə fikir mübadiləsi aparılıb. Afrikada münaqişələrin qarşısının alınması ilə bağlı ümumi razılıq var. Xüsusilə Sudanda, Burada münaqişələrin dayandırılması üçün hansı yanaşmanın tətbiq oluna biləcəyinə, iki ölkənin sıx əməkdaşlıq edə biləcəyinə də toxunulub. Eyni zamanda, Somalinin ərazi bütövlüyü ilə bağlı təfərrüatlarını istəmədiyim problemlər var.
"Hazırda Rəfah bölgəsi əsasən havadan bombalanır. Beynəlxalq ictimaiyyət regiona qurudan müdaxilənin daha çox mülki qırğınlara və itkilərə səbəb olacağını bildirən vahid səsə çevrilib. Bütün ölkələrin bütün siyasi liderləri bir-bir bəyanatlar verirlər. İsraildən bu xəbərdarlıqları ən qısa zamanda nəzərə almasını gözləyirik. Biz hesab edirik ki, Beynəlxalq Ədalət Məhkəməsinin bununla bağlı qəbul etdiyi müvəqqəti qadağan qərarının ən qısa zamanda həyata keçirilməsi xüsusilə vacibdir”,- deyə Hakan Fidan vurğulayıb.