Bakı. AzerVoice:
ABŞ-ın Ingleside limanından yola düşən "LNG Adventure" adlı mayeləşdirilmiş təbii qaz (LNG) gəmisinin fevralın 10-da Türkiyədə olması gözlənilir.
AzerVoice bu barədə beynəlxalq gəmi izləmə məlumatlarına istinadən xəbər verir.
Məlumata əsasən, 174 min kubmetr tutumlu gəminin fevralın 10-da Əliağa LNG Terminalına yanaşması planlaşdırılır.
Qeyd edək ki, Fransa bayraqlı gəmi 2021-ci ildə inşa edilib.