Bakı. AzerVoice:
OYAK-ın nəzdində fəaliyyət göstərən Erdemir Miilux OY şirkətlərinin birgə istehsal etdiyi milli sualtı poladlar, ASFAT-ın koordinasiyasında həyata keçirilən işlər ilə Gölcük Gəmiqayırma Zavoduna təslim edilib.
AzerVoice-un məlumatına görə, Türkiyə müdafiə sənayesindəki ən çətin sahələrdən biri olan, çox yüksək texnologiya tələb edən, əvvəlki illərdə idxal edilən və daha sonra milliləşdirilən sualtı polad, Gölcük Gəmiqayırma Zavodu Komandanlığına təhvil verilib.
"ASFAT-ın koordinasiyası ilə həyata keçirilən işlərlə OYAK tərkibində fəaliyyət göstərən Erdemir Miilux OY şirkətlərinin birgə istehsal etdiyi milli sualtı poladlar, Gölcük Gəmiqayırma Zavodu Komandanlığına təhvil verilib. Beləliklə, iki il müddətində əvvəlki illərdə sualtı qayıqlar üçün idxal edilən polad indi milliləşdirilib. Dünyada bu poladı istehsal edə bilən bir neçə ölkə var. Tədarük edilən Sualtı Poladların Türk Loyd-a ASFAT tərəfindən sertifikatlaşdırılması və sınaq bloklarının tikintisində istifadə edilməsi planlaşdırılır”,- deyə Türkiyə MN-dən bildirilib.
Aytac Süleymanova
Twitter: a_alieva_