Bakı,AzerVoice
2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq, 1,12 milyard dollara bərabər olub.
Bu barədə AzerVoice Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki ,son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.