Bakı. AzerVoice:
Qazaxıstan Parlament Məclisində yeni baş nazirin seçilməsi üçün fraksiyaların səsverməsi keçirilib.
AzerVoice xəbər verir ki, səsvermə nəticəsində Oljas Bektenov Qazaxıstanın yeni baş naziri seçilib.
Səsvermə bitdikdən sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev O.Bektenovun baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Oljas Bektenovun namizədliyini Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev təklif edib.
Qazaxıstanın hakim “Amanat” partiyası hökumətin başçısı vəzifəsinə Oljas Bektenovun namizədliyini irəli sürüb.
AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin aparatı məlumat yayıb.
Qeyd olunub ki, Qazaxıstan Parlament Məclisinin sədri, “Amanat” partiyasının rəhbəri Erlan Koşanov dövlət başçısına yeni namizədlə bağlı rəsmi müraciət edib. Mövcud qanunvericiliyə görə, Kasım-Jomart Tokayev onun təklifini bu gün parlamentin plenar iclasında fraksiyaların sədrləri ilə müzakirə edəcək.
Baş nazir postuna yeni namizədin 43 yaşı var. O, hazırda Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsini tutur.