Bakı,AzerVoice
Qazaxıstan və ABŞ arasında birbaşa uçuşlar 2025-ci ildə başlaya bilər. AzerVoice xəbər verir ki, bunu ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblum Qazaxıstanla ABŞ arasında hələ də birbaşa uçuşların olmamasının səbəbini izah edib.
O qeyd edib ki , ABŞ Qazaxıstanla aviareys açmaq istəriy, amma təəssüf ki, bu, çox çətin prosesdir.
“Aviaşirkətlərin müvafiq təyyarələri olmalıdır, lakin Air Astanada bu təyyarələr hələ ki yoxdur. Onlar satınalma prosesindədir, bu, vaxt aparacaq”, –deyə o bildirib.