Bakı,AzerVoice
Mərkəzi Asiya Beynəlxalq İnstitutunda (ICI) Amerika Birləşmiş Ştatlarının Özbəkistandakı diplomatik missiyasının rəhbəri Conatan Henik ilə görüş keçirilib.AzerVocie xəbər verir ki , ilk dəfə keçirilən görüşdə, ICI haqqında amerikalı diplomata məlumat verilib.
Tərəflər “C5+1” formatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini, regional və beynəlxalq əhəmiyyətli məsələləri, Mərkəzi Asiyada gedən prosesləri müzakirə ediblər.
Henik iki ölkənin beyin və araşdırma mərkəzləri səviyyəsində qarşılıqlı əlaqələrin qurulmasının zəruriliyini vurğulayaraq, ABŞ-ın aparıcı analitik qurumları, o cümlədən Atlantika Şurası ilə birbaşa təmasların qurulmasına kömək etməyə hazır olduğunu bildirib.