Bakı. AzerVoice:
Qazaxıstan SSRİ dövründən qalan ixtiraların məxfiliyinin qorunması ilə bağlı müqaviləni ləğv edib.
AzerVoice-nin məlumatına görə, bu barədə qanunu Qazaxıstan prezidenti Kasım Jomert Tokayev təsdiqləyib.
Müqavilə SSRİ dövründə mühüm ixtiralarla bağlı məlumatların məxfiliyini təmin etmək və məxfiliyin açılması qaydasını müəyyən etmək məqsədi daşıyır.
Keçmiş sovet ölkələrindən ibarət Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçıları tərəfindən 1999-cu il iyunun 4-də Belarusun paytaxtı Minskdə imzalanıb.
“Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində MDB üzvü olan dövlətlərdə SSRİ-də yaradılmış məxfi ixtiraların sənədlərinin verilməsi və məxfilikdən çıxarılması ilə bağlı bir dənə də olsun hal qeydə alınmayıb” - deyə Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev deyib.
Hafiz Rufizoğlu