BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyə Dəmir Yolları (TCDD) tərəfindən Mersin–Tarsus dəmir yolu xəttinin inşası ilə bağlı tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 500 gün təşkil edir.
Layihə çərçivəsində aşağıdakı işlər həyata keçiriləcək:
- 9 min 232 metr uzunluğunda dəmir yolu xəttinin inşası,
- 9 min 232 metr uzunluğunda elektrik sisteminin qurulması,
- 55 min kvadratmetr beton sahənin salınması,
- Sahə işıqlandırma və yanğın hidrant sistemlərinin quraşdırılması.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 20 noyabr 2025-ci il tarixinə qədər "TCDD İşletmesi Genel Müdürlüğü Altındağ/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir