Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Suriya

    Yeni Suriya qarşısındakı əsas problemlər

    13 Dekabr 2024 15:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice\ArabAz

    Hər kəs Suriyada Əsədn devrilməsindən sonra,yeni bir dövrün başlandığını dyir və bu həqiqətən də belədir. Lakin bütün bunlara baxmayaraq, reallıq bu ölkənin qarşısında duran yerli, regional və beynəlxalq səviyyədə böyük çətinliklərdən xəbər verir.

    Bu hesabatda biz bu problemlərin ən əsaslarına işıq salacağıq və Suriyanın növbəti qərar vericisinin bu çətin məsələlərlə necə məşğul olacağına dair bəzi mövqe və fikirləri nəzərdən keçirəcəyik.

    Dövlətin qurulması və siyasi sistemin forması

    Suriyanın vəziyyəti indi dövlətin əsaslarının aydın olduğu, o cümlədən konstitusiya, suverenliyin spesifik forması, siyasi sistemi və coğrafi sərhədləri olan digər ölkələrdən fərqli olaraq, inqilab nəticəsində ortadan qaldırılmış konstutusiyanın ləğvi və yenisinin qəbul edilməməsi, yeni hakimiyyətlər üçün böyük problem yaradır.
    Digər tərəfdən, Suriyanın hazırkı müxalifəti liberal siyasi qüvvələrlə yanaşı, islami və ideoloji istinadlara malik silahlı fraksiyaların çoxlu spektri ilə xarakterizə olunur və bu müxtəliflik növbəti dövlətin forması ilə bağlı konsensusa nail olmaq üçün problem yaradır.
    Təhlilçilər hesab edirlər ki, dövlətin ümid etdiyi yolun uğuru daha çox onun fikir ayrılıqlarını aradan qaldırmaq, çətin məsələlərin həlli yollarını tapmaq və qalan maneələrlə, fayllarla və xarici siyasətlə necə məşğul olmaq bacarığından asılıdır.

    Ədalətli keçidə nail olmaq

    Keçid şurasının yaradılması ilə yanaşı, Suriyanın yeni administrasiyasının baş komandanı Əhməd Əl-Şaraa söz verdiyi kimi, keçid dövrünün ədalətinə nail olmaq lazımdır. “Suriya xalqına işgəncə verən cinayətkarların, qatillərin, təhlükəsizlik və ordu zabitlərinin təqib ediləcəyini və qaçdıqları ölkələrdən cavab vermələri istəniləcəyini vurğuladı”-deyə o bildirib

    O, ölənlərin və günahsız məhbusların “qanının və hüquqlarının” “boşa getməyəcəyini və unudulmayacağını” bildirib, eyni zamanda “əli Suriya xalqının qanına bulaşmayanları” bağışlamağa söz verib.
    Suriya müxalifətinin Siyasi Məsələlər Departamenti öz növbəsində təsdiqləyib ki, növbəti mərhələ hərtərəfli ictimai uzlaşma tələb edir, bu müddət ərzində ədalət və insan hüquqlarına hörmət prinsipləri əsasında Suriya cəmiyyətinin müxtəlif komponentləri arasında etimad qurulur.

    Dərin dövlət

    Ölkənin yeni hakimiyyət dairələri dərin dövlətin mövcudluğunun ölçüləri və əvvəllər Suriyanı idarə edən təhlükəsizlik və kəşfiyyat xidmətlərinin qalıqlarından xəbərdardır ki, bu da növbəti mərhələdə risklərin başında gəlir.

    Qaçqınlar məsələsi

    6 milyondan çox suriyalı qaçqının gözlənilən qayıdışı fonunda, qaçqın faylı təkcə iqtisadi problemlər masasında deyil, həm də iqtisadiyyat və xarici siyasətlə sıx əlaqəsi olan digər sənədləri əhatə edir

    Ölkə iqtisadiyyatı

    Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin bildirdiyinə görə , hazırda təxminən 15 milyon nəfər hesab edilən Suriya əhalisinin 70%-nin humanitar yardıma ehtiyacı var və hər 10 suriyalıdan 9-u yoxsulluq həddinin altında yaşayır. Əsəd rejimin uzun illər ərzində həyata keçirdiyi siyasətlər nəticəsində, xüsusilə 2011-ci ildə müharibənin başlaması nəticəsində iqtisadi strukturunun demək olar ki, tamamilə dağılması ilə böyük iqtisadi çətinlikləri miras qoyub.

    Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə , Suriyanın ümumi daxili məhsulu 2011-ci ildən 2023-cü ilə qədər 85%-dən çox azalaraq 9 milyard dollara düşüb, Suriya iqtisadiyyatının isə bu il daha 1,5% daralması gözlənilir. Ölkənin enerji sektoru sadcəcə olaraq iflic vəziyyətinə düşüb.

    Bununla belə, Əl-Şaraa köçkünlərin yeni Suriya qurmaq üçün geri qayıtmasının vacibliyini vurğulayaraq, “Bizim döyüşümüz suriyalıların birliyini bərpa etməkdə uğur qazandı” dedi.

    Əl-Cəzirə telekanalına danışan Suriya müvəqqəti hökumətinin başçısı Məhəmməd əl-Bəşir, hökumətinin Əsəd rejimindən böyük və korrupsiyaya uğramış inzibati miras aldığını deyib. “Biz maddi baxımdan çox pis vəziyyətdəyik və xarici valyutamız yoxdur”-deyə o qeyd edib.

    Təhlükəsizlik problemləri

    Türkiyənin xarici işlər naziri Hakan Fidanın mövcud vəziyyətdən “İŞİD və Kürdüstan Fəhlə Partiyası kimi terror təşkilatları” tərəfindən sui-istifadə edilməsinə qarşı xəbərdarlığı ölkədə yeni hakimiyyət üçün başqa bir faylı və təhlükəsizlik problemini ortaya qoyur.

    Yeni baş nazir Məhəmməd əl-Bəşirin bəyanatlarından da belə çıxır ki, “indiki mərhələdə prioritet bütün şəhərlərdə təhlükəsizliyə nəzarət etmək və sabitliyi bərpa etməkdir və müvəqqəti hökumətin tam tərkibi bir neçə gün ərzində açıqlanacaq. ”
    Digər tərəfdən, Əsəd ailəsinin Captagon ticarətində iştirakını ortaya qoyan “narkotik qaçaqmalçılığı” ticarəti yoxsulluğun qaçılmaz nəticəsi olan cinayətlər və risklərlə yanaşı, Suriyanın əziyyət çəkdiyi təhlükəli bir problem olaraq ortaya çıxır.

    Suriyanın şərqində ərazilərin 30%-dən çoxunun PKK terror təşkilatının Suriya qolu PYD (SDQ) nəzarətində olması və ABŞ-ın dəstəkləməsi ilə nikbin Suriya səhnəsi bir az sarsıla bilər. Amma digər tərəfdən PYD “komandanı” Mazlum Abdi yeni siyasi başlanğıc üçün fürsət olduğunu və bu dəyişikliyin demokratiya və ədalətə əsaslanan, hüquqların təmin edilərək yeni Suriyanın qurulmasına imkan yaratdığını vurğulayıb.

    Suriyanın ərazisində ABŞ, Türkiyə, Rusiya və İrandan olan çoxlu sayda xarici qüvvə var idi.

    Amerika qüvvələri Əl-Tanf sərhəd bazasında yerləşdirilib və ümumilikdə 17 bazası və 13 hərbi nöqtəsi, o cümlədən 6 tanınmış bazası var.
    Əl-Şaraa CNN Arabic-ə verdiyi müsahibədə xarici qüvvələrin Suriyanı tərk etməsini arzuladığını bildirib və əlavə edib: “İnanıram ki, bu rejim çökdükdən sonra problem həll olunacaq və Suriyada heç bir xarici qüvvələrin qalmasına ehtiyac qalmayacaq.”

    Beynəlxalq ictimaiyyət və qəbul və tanınma vəziyyəti

    Əsəd rejiminin süqutuna xaricdən reaksiyalar davam etdi və “ Heyat Təhrir əş-Şam” ın adının terrorçu siyahılardan çıxarılmasının mümkünlüyünü göstərən beynəlxalq bəyanatlar ortaya çıxdı ki, bu da yeni hakimiyyət orqanlarının beynəlxalq səviyyədə tanınması və qəbul edilməsi üçün qapı açır.Hazırkı hökumətə Suriyanın beynəlxalq və regional təşkilatlardakı yerini tutmağa çalışır.

    İsraillə qarşıdurma

    Əsəd rejiminin süqutu ilə İsrail Suriya ərazisi daxilində hərbi əməliyyatlarını intensivləşdirməyə və 1974-cü il müqaviləsinə uyğun olaraq yaradılmış bufer zonasına daxil olaraq işğal altındakı Colanda mövcudluğunu gücləndirməyə çalışır.

    #Suriya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanada Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardı

    6 Dekabr 2025 11:57

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    Suriya Prezidenti ABŞ-ın xüsusi təmsilçisi ilə görüşüb

    2 Dekabr 2025 12:31

    Dirçəliş Hələbdən başladı – Prezident Əhməd əş-Şəraa

    1 Dekabr 2025 15:32

    Suriya Aralıq dənizi əməkdaşlıq forumunda iştirakını bərpa edib

    1 Dekabr 2025 14:47

    Suriya ərazisində İsrail qüvvələrinin hərbi fəaliyyəti artıb

    1 Dekabr 2025 14:05

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    İsrail ordusu helikopter və top atəşi ilə Suriyaya hücum edib

    28 Noyabr 2025 10:55

    Çin Dəməşqdəki səfirliyini 2026-cı ilin əvvəlində yenidən açacaq

    24 Noyabr 2025 13:21

    İsrail son bir ildə Suriyanın əlavə 800 kvadrat kilometr ərazisini işğal edib

    22 Noyabr 2025 13:50

    Suriya ordusu ilə PKK arasında Rakka vilayətində toqquşmalar baş verib

    21 Noyabr 2025 12:35
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Misir və Rusiya Sudan, Suriya, Livan və Qəzza üzrə regional gərginlikləri müzakirə edib

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    Suriya Prezidenti Şəraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

    Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

    İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

    Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.