BAKI,AzerVoice
İspaniyanın milli komandası və Barselona klubunun futbolçusu Lamin Yamal, "Transfermarkt" nəşrinin məlumatına görə, dünyanın ən bahalı futbolçusu olub.
AzerVoice xəbər verir ki, 17 yaşlı futbolçunun bazar qiyməti 200 milyon avroya çatıb.
Yamalın ardınca, ilk beşliyə Real Madrid klubunun ingilis yarımmüdafiəçisi Jud Bellinqham (180 milyon avro), Mançester Sitinin norveçli hücumçusu Erling Haaland (180 milyon avro), Real Madrid hücumçuları Kilian Mbappe (180 milyon avro) və Vinisius (170 milyon avro) daxil olub.
Lamin Yamal Barselona klubunun yetirməsidir. O, bu komanda ilə 2024/25 mövsümündə İspaniya çempionu olub, həmçinin İspaniya Kuboku və Superkubokunu qazandı. Mövsümdə 55 oyunda iştirak edib və 18 qol vurub.
Bundan əlavə, Yamal 2024-cü ildə İspaniya milli komandası ilə Avropa çempionu olub və turnirin ən yaxşı gənc futbolçusu adına layiq görülüb.
2024-cü ilin oktyabr ayında "France Football" jurnalı tərəfindən dünyanın ən yaxşı gənc futbolçusu seçilən Yamal, həmin ilin noyabrında isə "Tuttosport" tərəfindən Avropanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" mükafatına layiq görülüb.