Bakı,AzerVoice
Paris-2024 Yay Olimpiya Oyunlarının üzgüçülük yarışları davam edir.
AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan üzgüçüsü Ramil Vəlizadə mübarizəyə bu gün qoşulacaq.
200 m məsafəyə batterflyay üsulu ilə üzəcək idmançımız təsnifat mərhələsində 1-ci qrupda yer çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə 13:00-da start veriləcək.
Vəlizadənin yer aldığı 1-ci qrupda rəqibləri Matin Balsini (Qaçqınların Olimpiya Komandası), Petar Petrov Mitsin (Bolqarıstan) və Gerald Ernandes (Nikaraqua) olacaq. Ramil 5-ci zolaqda üzəcək.
Ümumilikdə yarışa qatılacaq 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.
Qeyd edək ki, batterflyayla 200 m məsafəyə üzməkdə yarımfinal mərhələsi də bu gün keçiriləcək. Bu raunda Bakı vaxtı ilə 22:42-də start veriləcək.