Bakı,VOA
ABŞ-ın ev sahibliyi etdiyi 2024 Amerika Kubokunun (Copa America) 1/4 final matçında Argentina Ekvadoru mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
VOA xəbər verir ki, Argentina 35-ci dəqiqədə Lisandro Martinezin qolu ilə 1-0 önə keçdiyi halda, Ekvadorlu Enner Valensiya 62-ci dəqiqədə penaltidən istifadə edə bilməyib.
Ekvador, 90+1 dəqiqədə vurduğu qolla matçı əlavə vaxta aparıb.
əsas vaxtda 1-1 yekunlaşan oyun penaltilər seriyasına qədər uzanıb.
Penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələn Argentina millisi yarımfinala yüksəlib.
Komandaların kapitanları Enner Valensiya və Lionel Messi penaltilər seriyasında fərqlənə bilməyiblər.