Bakı. AzerVoice:
Bu gün sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı ikinci günün görüşləri keçiriləcək.
İdman.biz xəbər verir ki, sərbəst güləşçilər 4 çəkidə qalib adı uğrunda mübarizə aparacaqlar.
Çəkisi 61 kq, 70 kq, 79 kq və 125 kq olan idmançılar ən güclünü müəyyənləşdirəcəklər.
İlk gündə Vasif Bağırov (57 kq), Musa Verdiyev (65 kq), Əhməd Əhmədli (74 kq), Sadiq Mustafazadə (86 kq) və Xetaq Karsanov (97 kq) hamıdan güclü olub.
Bakı İdman Sarayında baş tutan çempionatın keçirilməsində əsas məqsəd gənclərdən (U-20) ibarət milli komandanı formalaşdırmaqdır. Görüşləri hər gün saat 10:00-da başlanacaq.
Qeyd edək ki, yanvarın 31-də yunan-Roma növündə 55, 63,72 82 və 97 kq-da qaliblər bəlli olacaq. Fevralın 1-də, son yarış günündə isə 60, 67, 77, 87 və 130 kq-da olan “klassiklər” xalçaya çıxacaqlar.
İdman.biz