Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi

    12 Noyabr 2025 10:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin və hüquqi düşüncəsinin məntiqi nəticəsi olan Azərbaycan Respublikasının Konstitusiyası bu gün müstəqil dövlətimizin siyasi, iqtisadi və mənəvi inkişafının möhkəm təməlidir.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, hər bir dövlətin mövcudluğunu, idarəçilik sistemini və vətəndaş-dövlət münasibətlərini tənzimləyən əsas sənəd kimi Konstitusiya həm hüquqi, həm də ideoloji baxımdan milli suverenliyin rəmzidir.

    "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il 12 noyabr tarixində referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, müasir dövlət quruculuğu tariximizin ən mühüm hadisələrindən biridir. Elə buna görə də, həmin gün Ulu Öndər Heydər Əliyevin 15 dekabr 1995-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Konstitusiyası Günü” kimi qeyd olunur. Azərbaycanın konstitusiya quruluşunun tarixi XX əsrin əvvəllərinə — Azərbaycan Xalq Cümhuriyyəti dövrünə qədər uzanır. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Cümhuriyyət qısa ömrünə baxmayaraq, dövlətçilik ideyalarının formalaşması və gələcək Konstitusiyanın prinsiplərinin yaranması baxımından mühüm mərhələ oldu. Lakin Cümhuriyyətin fəaliyyət müddəti az olduğundan, əsas qanun qəbul etmək mümkün olmadı".

    S.Mikayılova vurğulayıb ki, Azərbaycanın ilk yazılı Konstitusiyası 1921-ci il 19 mayda qəbul edilmiş, daha sonra 1925, 1927, 1937 və 1978-ci illərdə yeni redaksiyalarla təsdiqlənmişdir:

    "Xüsusilə 1978-ci il Konstitusiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mühüm dəyişikliklərlə qəbul edilmiş, burada ilk dəfə Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdur. Bu addım milli kimliyin qorunması və hüquqi dövlətçilik ənənələrinin möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyırdı.1991-ci il 18 oktyabrda qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ölkənin yeni hüquqi inkişaf mərhələsini müəyyənləşdirdi. Lakin həmin dövrdə dövlət idarəçiliyindəki xaos və siyasi qeyri-sabitlik səbəbindən yeni Konstitusiyanın hazırlanması mümkün olmadı".

    Deputat qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etdi, sabitlik yaratdı və müasir hüquqi dövlət quruculuğu prosesinə start verdi.

    "Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və dərin hüquqi, siyasi müzakirələr nəticəsində yeni Konstitusiya layihəsi hazırlandı. 1995-ci il 12 noyabr tarixində keçirilən ümumxalq referendumu bu prosesi zirvəyə çatdırdı — seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. 27 noyabr 1995-ci ildən isə dövlətin Əsas Qanunu qüvvəyə mindi".

    S.Mikayılova əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlətin bütün əsas prinsiplərini əhatə edir:

    "Konstitusiya dövlət hakimiyyətinin üç qolu — qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölgüsünə, insan hüquq və azadlıqlarının təmininə, dövlətin suverenliyinə və ərazi bütövlüyünə, dünyəvilik və demokratiklik prinsiplərinə əsaslanır. Konstitusiyanın 48 maddəsi bilavasitə insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunub. Bu müddəalar həm BMT-nin, həm də Avropa Şurasının qəbul etdiyi beynəlxalq hüquqi sənədlərlə uyğunlaşdırılmışdır. Azərbaycan Konstitusiyası insanı ali dəyər kimi qəbul edir və dövlətin başlıca vəzifəsini onun hüquq və azadlıqlarının müdafiəsi kimi müəyyən edir".

    Deputat qeyd edib ki, 1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi dövlət quruculuğunda mühüm mərhələ oldu:

    "Konstitusiya Məhkəməsinin yaradılması ilə ölkədə konstitusiya nəzarəti institutu formalaşdı, qanunların və dövlət qərarlarının Konstitusiyaya uyğunluğuna nəzarət sistemi təmin olundu. Beləliklə, Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə müstəqilliyi, vətəndaşların hüquqlarının məhkəmə qaydasında müdafiəsi kimi prinsiplər reallığa çevrildi. Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün tələblərinə uyğun olaraq bir neçə dəfə referendumla təkmilləşdirilmişdi. Bu dəyişikliklər ölkədə siyasi sabitliyin, iqtisadi tərəqqinin və sosial rifahın təmininə xidmət edib".

    S.Mikayılova qeyd edib ki, 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu:

    "Bu, Konstitusiyamızda təsbit edilmiş “dövlətin suverenliyi və ərazi bütövlüyü” prinsipinin tam reallaşması deməkdir. Həmçinin 2025-ci ildə Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilmişdir. Bu medal, hüquqi dövlət quruculuğuna, konstitusion ideyaların inkişafına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət etmiş şəxslərə təqdim olunacaq".

    S.Mikayılova vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli ideologiyanın, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin əsas sütunlarındandır.

    "Konstitusiyasa müstəqil dövlətimizin inkişaf yolunu, vətəndaşın hüquqi statusunu, dövlət orqanlarının qarşılıqlı fəaliyyət mexanizmini və cəmiyyətin əsas prinsiplərini müəyyən edən ali qanundur. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi ilə formalaşmış Konstitusiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, güclü və suveren Azərbaycan dövlətinin dayanıqlı inkişafını təmin edən əsas hüquqi baza rolunu oynayır. 12 Noyabr – Konstitusiya Günü yalnız bir bayram deyil, həm də xalqımızın azadlıq iradəsinin, milli birliyinin və hüquqi dövlət idealının təntənəsidir", - deyə S.Mikayılova qeyd edib.

    #Azərbaycan #Sevil Mikayılova #Konstitusiya və Suverenlik İli #Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi #Azərbaycan Konstitusiyası #12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran XİN Türkiyəyə başsağlığı verib

    12 Noyabr 2025 11:04

    XİN Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    12 Noyabr 2025 09:43

    Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub

    12 Noyabr 2025 09:38

    Təyyarə qəzasında 20 hərbçimiz şəhid olub - Türkiyə MN

    12 Noyabr 2025 09:23

    Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

    11 Noyabr 2025 22:09

    Türk Dövlətləri Təşkilatı Türkiyəyə C-130 təyyarəsi qəzası ilə bağlı başsağlığı verib

    11 Noyabr 2025 21:49

    Azərbaycan XİN Pakistana başsağlığı verib

    11 Noyabr 2025 21:04

    Azərbaycan-Türkiyə reysi üçün havalanan C130 təyyarəsi Gürcüstanda qəzaya uğrayıb - Türkiyə MN

    11 Noyabr 2025 16:48

    İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir

    11 Noyabr 2025 11:08

    Napoli - Qarabağ oyununun biletləri satışa çıxarılıb

    11 Noyabr 2025 10:44

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 15:24

    Milli Observatoriya tərəfindən 2025-ci il üzrə ən çox tələb olunan peşələr müəyyən olunub

    10 Noyabr 2025 13:46
    Demo
    XƏBƏR LENTİ

    G7 Xarici işlər nazirləri Kanadada qlobal məsələləri müzakirə edəcək

    Türkiyənin Aliağa limanı 5 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    İran və Səudiyyə Ərəbistanı 2026-cı il Həcc ziyarətinin təşkili üzrə saziş imzalayıb

    Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

    İran XİN Türkiyəyə başsağlığı verib

    Ramazan 2026-nın başlanğıc və bayram tarixi açıqlanıb

    Kolumbiya prezidenti ABŞ-la kəşfiyyat əlaqələrini dayandırıb

    Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi

    Türkiyədən Qazaxıstana dəri ixracı 32 milyon dolları keçib (ÖZƏL)

    Hizbullah xarici təzyiqlərdən yayınmaq üçün ölkə daxilində süni gərginlik yaradır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.