Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Veni Vidi Vici layihəsi yekunlaşıb

    15 Oktyabr 2024 15:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin və Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İtiifaqı Komitəsinin tərəfdaşlığı ilə 12-13 oktyabr tarixlərində “Veni Vidi Vici” layihəsi həyata keçirilib.

    Bu barədə AzerVoice-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

    3 mərhələdən ibarət olan layihə, gənclərin mübarizə ruhunu, zəka və fiziki gücünü sınamağa yönəlib.

    Yarışın ilk mərhələsində keçirilən intellektual yarışda iştirakçılar öz biliklərini nümayiş etdirib, çevik düşünmə bacarıqlarını sübut ediblər. İkinci mərhələdə isə idman yarışında öz fiziki güc və bacarıqlarını göstəriblər. Hər iki mərhələni uğurla başa vuran 3 komanda final mərhələsində iştirak etmək haqqı qazanıb. Finalda komandalar "Axtar Tap" oyunu oynayıb, gizli tapşırıqları həll ediblər. Yarışın sonunda qalib komanda müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

    Qeyd etmək lazımdır ki, layihə rəhbəri Elmira Kərimovanın olduğu, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalibi olan layihə gənclərin sosiallaşması, səmərəli vaxt keçirməsi məqsədilə həyata keçirilib. Tədbirin sonunda iştirakçılar yeni dostluqlar quraraq həm əylənib, həm də öyrəniblər.

    Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

    Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir

    Qeyd etmək lazımdır ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

    Memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı arasında imzalanıb.

    Memoranduma əsasən, "Turkic.World" media layihəsi “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin rəsmi media tərəfdaşı olub.

    Media platformanın fəaliyyəti haqqında məlumat verən Hafizoğlu bildirib ki, "Türk Dünyası" (Turkic.World) media platforması “GMD” ilə əməkdaşlığı yüksək qiymətləndirir və bundan sonra da müxtəlif sahələrdə əməkdaşlığa hazırdır.

    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    Veni Vidi Vici layihəsi yekunlaşıb
    #Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tərtərdə DOST filialı fəaliyyətə başladı

    22 Yanvar 2026 17:45

    MEDİA Azərbaycan Prezidenti adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta məlumatla bağlı açıqlama yayıb

    22 Yanvar 2026 17:37

    II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

    22 Yanvar 2026 17:12

    “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub

    22 Yanvar 2026 17:02

    Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib

    22 Yanvar 2026 16:21

    Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdırıldı

    22 Yanvar 2026 15:30

    Hər insan bir Qaf dağıdır

    22 Yanvar 2026 14:30

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Ötən il əlilliyi olan 44 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

    22 Yanvar 2026 12:53

    İntellektual Klubların V Gənclər Liqasının regional seçim turları yekunlaşıb

    20 Noyabr 2024 16:18

    18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz Əbədidir" adlı tədbir yekunlaşıb

    22 Oktyabr 2024 09:42

    Sağlam bədəndə, sağlam ruh olar layihəsinin ilk təlimi baş tutub

    16 Oktyabr 2024 12:01
    Demo
    XƏBƏR LENTİ

    İsrail müharibə xərclərini qarşılamaq üçün böyük silah şirkətlərindəki paylarını satmağı planlaşdırır

    Prezident Ərdoğan İran prezidenti ilə regional məsələləri müzakirə edib

    Tramp Davosda “Sülh Şurası”nın yaradıldığını elan etdi

    SEPAH ABŞ və İsraili “səhv hesablamalardan” çəkinməyə çağırdı

    Tərtərdə DOST filialı fəaliyyətə başladı

    Keçən il Türkiyədən Özbəkistana hazır geyim ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    MEDİA Azərbaycan Prezidenti adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta məlumatla bağlı açıqlama yayıb

    Aİ İranda etirazlara qarşı zorakılığı pisləyən qətnaməni qəbul etdi

    II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

    “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.