Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Çağdaş nəşriyyatı İslam Peyğəmbəri haqqında yeni kitab çap edib

    12 İyul 2024 15:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    "Çağdaş" nəşriyyatı tərəfindən “Peyğəmbərimizin Həyatı” adlı yeni kitab çap edilib.

    AzerVoice xəbər verir ki, nəşriyyat tərəfindən İslam dünyasının tanınan alimlərindən biri olan hindistanlı Səfiyyürrəhman Mübarəkfurinin qələmə aldığı “Peyğəmbərimizin Həyatı” adlı kitab çap edilərək oxuyuculara təqdim olunub.

    Əsər “Sirəti-Nəbi” səhəsində yazılmış, Mübarəkfurinin 1976-cı ildə ərəb dilində qələmə aldığı “Ər-Rahiqul-Məxtum” adlı kitabının tərcüməsidir. Müəllif Qurani-Kərimdə Mutaffifin surəsinin 25-ci ayəsindən təsirlənərək 551 səhifəlik əsərinə bu adı vermişdir. Onu da qeyd edək ki, 1979-cu ildə Məkkədə keçirilən "Məhəmmədin bioqrafiyası" üzrə ümumdünya müsabiqəsində Müsəlman Dünya Liqası tərəfindən birincilik mükafatına layiq görülüb.

    Müəllif bir çox siyər kitabından fərqli olaraq peyğəmbərin “təbliğ və dəvət” yönünə daha çox yer vermiş, xüsusilə “Hədis” və “Təfsir”lə əlaqəli mövzularda ətraflı məlumat qeyd etmişdir.

    Qeyd edək ki, İslam alimlərinə görə “Sirəti-Nəbi” Qurani-Kərimdən sonra ikinci əsas mənbə kimi qəbul edilən sünnənin mühüm bir hissəsidir. Həmçinin İslamın daha yaxşı başa düşülməsi və peyğəmbərin həyatını ən incə detallarına qədər öyrənmək üçün son dərəcə vacib bir elm sahəsidir.

    Onu da əlavə edək ki, "Çağdaş" nəşriyyatı bir ilə yaxındır ki, fəaliyyət göstərir. Bu vaxta qədər fərqli mövzularda ümumilikdə altı kitab nəşriyyat tərəfindən çap edilib. Nəşriyyatın əsas hədəfi cəmiyyətin ehtiyaclarına uyğun, gənclərə doğru yol göstərəcək, milli-mənəvi dəyərələrimizin düzgün təbliğində istifadə oluna biləcək və eyni zamanda ölkəmizin elmi ədəbiyyatına töhvə verə biləcək yeni, orjinal kitablar çap etməkdir.

    "Çağdaş" nəşriyyatının yeni çıxacaq kitabları haqqında məlumat əldə etmək üçün sosial media hesablarını izləyə bilərsiniz.

    Çağdaş nəşriyyatı İslam Peyğəmbəri haqqında yeni kitab çap edib
    Çağdaş nəşriyyatı İslam Peyğəmbəri haqqında yeni kitab çap edib
    Çağdaş nəşriyyatı İslam Peyğəmbəri haqqında yeni kitab çap edib
    Çağdaş nəşriyyatı İslam Peyğəmbəri haqqında yeni kitab çap edib
    Çağdaş nəşriyyatı İslam Peyğəmbəri haqqında yeni kitab çap edib
    Çağdaş nəşriyyatı İslam Peyğəmbəri haqqında yeni kitab çap edib
    #Səfiyyürrəhman Mübarəkfuri #Peyğəmbərimizin Həyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslamda bədənə qulluq olarmı?

    9 Noyabr 2025 21:34

    İki müqəddəs məscidi 54,5 milyon ziyarətçi və ümrə ziyarətçisi ziyarət edib

    28 Oktyabr 2025 06:25

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    26 Oktyabr 2025 11:02

    Həzrəti Məhəmmədin təhsilə baxışı: “Allah məni müəllim olaraq göndərmişdir”

    24 Oktyabr 2025 10:48

    Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı?

    1 Oktyabr 2025 11:30

    Adəm Peyğəmbər hansı dildə danışırdı?

    13 Sentyabr 2025 16:35

    Bilal Həbəşi: İslamın İlk Müəzzini və Fədakar Səhabə

    10 Sentyabr 2025 12:37

    Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

    8 Avqust 2025 07:21

    Namazda Danışmaq Olarmı? İslam Alimlərinin Rəyləri

    17 İyul 2025 10:47

    Xəndək döyüşü haqda nə bilirik? (Təkrar nəşr)

    6 May 2025 11:02

    Vaqiə Surəsi nədən bəhs edir?

    20 Aprel 2025 15:23

    İslamda iftarı nəyinlə açmaq tövsiyə olunur?

    10 Mart 2025 18:45
    Demo
    XƏBƏR LENTİ

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.