Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Təyyarəmizə qeyri-qanuni müdaxilə olunub - AZAL-ın vitse-prezidenti

    29 Dekabr 2024 11:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bizim təyyarəmizə qeyri-qanuni müdaxilə olunub.

    AzerVoice xəbər verir ki, bunu bu gün AZAL-ın vitse-prezidenti İlham Əmirov Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.

    "Qazaxıstanda beynəlxalq standartlara uyğun olaraq texniki-araşdırma komissiyası yaradılıb.

    Təyyarənin texniki-nəzarət vasitələri hələlik araşdırılmayıb, hələlik oxunmayıb. Komissiya bu işlə məşğuldur.

    Ssağ qalan heyət üzvlərindən və sərnişinlərin verdiyi ifadələrdən, eyni zamanda, təyyarə qəzasının məkanına baxışdan əldə olunan məlumatlar bizə deməyə birmənalı əsas verir ki, bizim təyyarəmizə qeyri-qanuni müdaxilə olunub", - o qeyd edib.

    Xatırladaq ki, bu gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

    Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.

    Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

    Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

    #AZAL
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir

    3 Dekabr 2025 10:37

    "Airbus" təyyarələrində texniki yoxlamalar aparılıb, uçuşlar normal rejimdədir - AZAL

    29 Noyabr 2025 14:23

    Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib

    27 Noyabr 2025 11:42

    Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabatın təqdim olunacaqğı tarix açıqlandı

    25 Noyabr 2025 12:07

    İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

    25 Noyabr 2025 10:43

    AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçib

    20 Oktyabr 2025 14:01

    Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb

    20 Oktyabr 2025 09:29

    Ümumilikdə AZAL təyyarəsinin qəzası ilə bağlı vəziyyət aydındır - Putin

    10 Oktyabr 2025 17:07

    Rusiya Prezidenti AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir

    9 Oktyabr 2025 17:07

    AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var - Rusiya Prezidenti

    9 Oktyabr 2025 16:35

    Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı günahkarların cəzalandırılacağını bildirib

    9 Oktyabr 2025 16:23

    Prezident Vladimir Putin: Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir

    9 Oktyabr 2025 16:21
    Demo
    XƏBƏR LENTİ

    Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin qaranlıq səhifələrini araşdırır

    Hüquq Bələdçisi - Mədəni və dini müxtəliflik kontekstində mediasiya: dialoqdan anlaşmaya doğru

    Türkiyə limanları 376 mindən çox yük qəbul edib (ÖZƏL)

    Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub - DTX

    Super Liqa 16-cı tur: Fənərbağça Konyasporu qəbul edir

    Çin nümayəndə heyəti Azərbaycana səfər edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı 94 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə Sudanda BMT-nin logistika mərkəzinə edilən hücumu pisləyib

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.