Bakı, AzerVoice / Naile Babazade
Təəssüf olsun ki, narkomaniya özü bir xəstəlik olduğu kimi, bu xəstəlik digər xəstəliklərin də yayılmasına rəvac verir. Digər bir tərəfdən cəmiyyətimizdə də narkomaniya və narkomanlar haqqında yetərincə informasiya qıtlığı mövcuddur.
Bunu AzerVoice- a açıqlamasında Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov bildirib.
“Biz bilməliyik ki, narkomanlar aludə olduqdan sonra, narkotikləri ağrı kəsici kimi istifadə edirlər.Biz nə etsək də bunun qarşısını al bilməyəcəyik. Narkoman bu gün apteklərdən və və ya tibbb məntəqəsindən steril iynə ala bilmirsə və ya bunu etməyə qorxursa , o mütləq şəkildə bu iynəni yerdən də olsa tapıb istifadə edəcək.Çünki o adam iztirab içindədir və ciddi ağrıları var. Bunu sözlə və yaxud digər maarifləndirici işlərlə dayandırmaq mümkün deyil bunu ancaq müalicəilə mümkündür”- deyə o qedy edib.
Ekspert onu da qeyd edib ki, narkotiklərdən mütəmadi istifadə sonrası venoz damarlarda itmə , daha doğrusu atrofiya baş verir.
“Belə halda narkoti istifadəçiləri daha üzdə və daha nazik olan damarları “istifadə” edirlər. Kiçik damarlara “keçmək üçün” onlar daha balaca iynələri (el dilində insulun iynələrini) istifadə eyməyə başlayırlar. Bu iynələr isə daha çətin tapılır və narkotik alüdəçiləri bunları apteklərdən də ala bilmirlər. Bəzi hallarda isə onlar apteklərdən qovulurlar. Məsələ ondandır ki , onlar bu iynələri apteklərdən tapa bilməsələr də hardan olur olsun tapılb istifadə edəcəklər, hətta işlənmiş iynələr olssa belə”-deyə o əlavə edib.
Ekpert qeyd edir ki, araşdırmaları nəticəsində bir neçə narkomanın bir iynədən istifadə etməsinin şahidi olub.
“ Bu ən riskli və qorxulu haldır belə halda QİÇS daxil olmaqla, zöhrəvi və Hepatit xəstəliyinə yoluxurlar. Problem sadəcə bununla bitmir. Bəzi narkotik alüdəçiləri ailəliidir və bu xəstəliklər onların ailə üzvlərinə də yaxın təmas vasitəsilə ötürülür. Bu çox ciddi fəlakətdir.”-deyə Maqalov əlavə edib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə “Zəhərin azaldılması” layihələri var və bu layihələrə əsasən,narkomanlar xüsusi nəzarət götürülür və onlar yeni iynələrlə təmin edilirlər.
“ Mən bilirəm ki dedikləri bir çoxlarını narazı sala bilər və “ Nə üçün onlara iynə verilməlidir” kimi sual yarana bilər. Mən bir daha qeyd edirəm, biz onlara iynələri versək də verməsək də, onlar müxtəlif vasitəələrlə iynə tapıb istifadə edəcəklər. “Zəhərin azaldılması” layihəsi Azərbaycanda da var. Sadəcə çox zəif işləyir. Bunun bəzi subyektiv, obyektiv səbəblər var. Bu layihəyənin inkişafına təkan verilsə daha yaxşı olar. Layihə çərşivəsində anonim narkologlar, anonim pulsuz psixologlarda da olardı, müailəcədən tutmuş müayinəyə qədər hərşey pulsuz və anonym olardı Bu layihənin inkişafı həm də narkotik alüdəçilərinin yaydığı xəstəliklərin qarşısını qisməndə olsun ala bilıərdi.”-deyə o bildirib.