Bakı,AzerVoice
2024-cü ilin əvvəlində Qırğızıstanda kişilərin sayı 3,5 milyon nəfər təşkil edib. AzerVoice xəbər verir ki, bu da ümimi əhalinin 49,5% -ni təşkil edir.
Məlumata əsasən ölkədə yaşaçan kişi əhalinin üçdə ikisi kənd sakinləridir. Hər altıncı kişi Bişkekdə yaşayır.
“ 2022-ci ildə əmək qabiliyyətli yaşda olan kişilərin məşğulluq səviyyəsi kifayət qədər yüksək olub və 77% təşkil edib. İşləyən kişilərin orta yaşı 38-dir.Ölkə iqtisadiyyatında işləyən hər altıncı kişi 30-34 yaş arasındadır” –deyə məlumatda bildirilir.
Məlumatda o da qeyd olunur ki, tikinti, malların daşınması və saxlanması, elektrik enerjisi, qaz, buxar və kondisionerlə təminat (təchizat) və mədənçıxarma kimi fəaliyyətlər əsasən kişilərdir.
“2022-ci ildə 48 min kişi ailə qurub. Kişilər 20-29 yaşlarında ailə qurmağa üstünlük verirlər. Eyni zamanda, 41 min kişi ilk dəfə ailə yaradıb. Evlənən hər ikinci kişi 25-29 yaş, hər üçüncü kişi isə 20-24 yaş arasındadır.2022-ci ildə ilk dəfə nikaha girən kişilərin orta yaşı 27,9, yenidən evlənənlər üçün isə 34,6 yaş olub”-deyə məlumatda bildirilir.