Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan Din Xadimlərinin 2-ci Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

    24 Dekabr 2025 16:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin 2-ci Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

    AzerVoice xəbər verir ki, müraciətdə deyilir:

    "Möhtərəm cənab Prezident,

    Biz - Azərbaycandakı müxtəlif dini konfessiyaları təmsil edən din xadimləri Zati-alinizə dərin ehtiramımızı çatdırır, göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə minnətdarlığımızı bildiririk.

    Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri modeli Sizin müdrik siyasi iradənizlə zamanın çağırışlarına uyğun şəkildə daha da gücləndirilmiş, ölkəmizdə bütün dinlərin nümayəndələrinin qanunla təsbit olunmuş etiqad azadlığından sərbəst istifadə etməsi üçün şərait yaradılmışdır. Bu siyasət nəticəsində dini icmalar öz fəaliyyətlərini azad və şəffaf şəkildə həyata keçirir, sıx əməkdaşlıq edirlər. Dövlət tərəfindən dini abidələrin qorunması, bərpası və yenilərinin inşası, din xadimlərinin sosial təminatı, dini təhsil və maarifləndirmə sahəsində həyata keçirilən kompleks tədbirlər milli-mənəvi dəyərlərimizin yaşadılmasına, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir. Zati-alinizin rəhbərliyi altında görülən işlər dini icmaların fəaliyyətini dəstəkləməklə yanaşı, xalqımızın mənəvi həyatını zənginləşdirir, tarixi-mədəni irsin qorunmasına, yüksək əxlaqi və vətənpərvər keyfiyyətlərin təşviqinə dəyərli töhfələr verir.

    Müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusilə Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyinizlə qazandığımız və bu il 5 illiyini qeyd etdiyimiz Vətən müharibəsi Zəfəri tarixə xalqımızın iradəsinin və birliyinin təcəssümü kimi qızıl hərflərlə yazılmışdır. Müharibənin bitməsindən dərhal sonra sülh çağırışı etməklə Siz xalqımızın yüksək mənəvi keyfiyyətlərini, humanist və ədalətsevər ruhunu bir daha parlaq şəkildə nümayiş etdirdiniz. Növbəti dəfə sübut etdiniz ki, Azərbaycan bu qələbəni regionda davamlı sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təmin olunması üçün fürsət kimi qiymətləndirir.

    İşğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və yenidənqurma işləri dövlətimizin güclü iradəsinin, Sizin uzaqgörən siyasətinizin qürurverici nəticələridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda, eləcə də ölkə sərhədlərindən kənarda tarixi, mədəni və dini abidələrin bərpası, yenidən qurulması istiqamətində həyata keçirdiyi layihələr bütün dünyada ümumbəşəri mədəni irsin qorunmasına yönəlmiş nümunəvi təşəbbüslər kimi qiymətləndirilir. Bu layihələr həm də müxtəlif dini konfessiyaların, mədəniyyətlərin və xalqların tarixi irsinə dövlətimiz tərəfindən eyni dərəcədə hörmət və qayğı ilə yanaşıldığını göstərir, sivilizasiyalararası həmrəyliyin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.

    Qlobal miqyasda dini və etnik gərginliklərin sürətlə artdığı, münaqişə və qarşıdurmaların beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratmaqda davam etdiyi müasir dövrdə Azərbaycanın unikal tolerantlıq və multikulturalizm təcrübəsinin əhəmiyyəti daha da aktuallaşır. Dünyanın bir çox ölkəsində islamofobiya, ksenofobiya, antisemitizm, irqi ayrı-seçkilik və dini-mədəni ziddiyyətlərin dərinləşdiyi, cəmiyyətlərdə qütbləşmə, qarşıdurma və etimadsızlıq hallarının müşahidə olunduğu məyusedici mənzərənin fonunda ölkəmizdə bütün dini, etnik icmalara hörmət və diqqətlə yanaşılması, müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dialoqun təşviq edilməsi sahib olduğumuz dövlət-din münasibətləri modelinin nə qədər uğurlu olmasının parlaq təzahürləridir. Heç şübhəsiz, Azərbaycan modeli regional və qlobal sülhün, humanizmin və sivilizasiyalararası dialoqun möhkəmlənməsini istəyən beynəlxalq ictimaiyyət üçün də misilsiz nümunədir.

    Möhtərəm cənab Prezident!

    Zati-aliniz əmin ola bilər ki, biz - Azərbaycanın din xadimləri ölkəmizdə milli-mənəvi həmrəyliyin daha da möhkəmləndirilməsi və mənəvi-əxlaqi dəyərlərimizin təbliği istiqamətində yürütdüyünüz siyasətə bundan sonra da dəstək verəcək, yalnız dualarımızla deyil, həm də praktik fəaliyyətimizlə hər zaman yanınızda olacaq, doğma Vətənimizin tərəqqisi üçün səylərimizi daha da artıracağıq.

    Fürsətdən istifadə edərək Zati-alinizi doğum gününüz, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin 5-ci ildönümü, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, möhkəm cansağlığı və dövlətimizin daha da qüdrətlənməsi, xalqımızn rifahı naminə gördüyünüz müqəddəs işlərdə yeni müvəffəqiyyətlər diləyirik.

    Tanrı Azərbaycanımızı qorusun və onun şanlı bayrağını daim yüksəklərdə dalğalandırsın!

    Uca Yaradan Zati-alinizin rəhbərliyi altında dövlətimizə daim uğurlar nəsib etsin!

    Amin!"

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

    24 Dekabr 2025 18:12

    Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    24 Dekabr 2025 18:00

    Prezident İlham Əliyev: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik

    24 Dekabr 2025 17:54

    Prezident İlham Əliyev: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı

    24 Dekabr 2025 17:53

    Viktor Orban Prezident İlham Əliyevi təbrik edib

    24 Dekabr 2025 17:49

    Prezident İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir

    24 Dekabr 2025 17:47

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    24 Dekabr 2025 17:46

    Prezident İlham Əliyev: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik

    24 Dekabr 2025 17:33

    Prezident İlham Əliyev: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır

    24 Dekabr 2025 17:30

    Prezident İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür

    24 Dekabr 2025 17:30

    Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    24 Dekabr 2025 16:42

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

    24 Dekabr 2025 16:07
    Demo
    XƏBƏR LENTİ

    Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

    Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik

    Prezident İlham Əliyev: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı

    Viktor Orban Prezident İlham Əliyevi təbrik edib

    Prezident İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik

    Prezident İlham Əliyev: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır

    Prezident İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.