Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

    20 Sentyabr 2025 09:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

    AzerVoice xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 18 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Qeyd edək ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu erməni silahlı birləşmələrinin təxribatları və terror aktlarına cavab olaraq lokal xarakterli antiterror tədbirləri başladaraq 24 saatdan az müddətdə separatçıları təslim olmağa məcbur edib.

    Beləliklə, ordumuz üçtərəfli bəyanatın müddəalarının təmin olunmasını, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılmasını, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasını və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsini təmin edib.

    Bundan sonra, sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

    2023-cü ilin oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

    #Xocalı #Ağdərə #Xankəndi #Xocavənd
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçiriləcək

    4 Noyabr 2025 19:23

    44 günlük Vətən müharibəsinin xronikası: 31 oktyabr

    31 Oktyabr 2025 00:15

    Xocavənddə mina partlayışı - ANAMA əməkdaşı yaralandı

    20 Oktyabr 2025 13:33

    Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu öz işinə başlayıb

    15 Oktyabr 2025 11:13

    Xocalının Xanyurdu kəndinə növbəti köç olub

    8 Oktyabr 2025 13:44

    AYNA ölkə üzrə tarifi artan marşrutların siyahısını elan etdi

    29 Sentyabr 2025 15:48

    Xocalıda 27 Sentyabr – Anım Günü tədbiri keçirilib

    26 Sentyabr 2025 12:52

    Gələn il Ağdam-Xankəndi dəmir yolu hazır olacaq - ADY

    26 Sentyabr 2025 12:43

    Azad edilmiş ərazilərdə daha 109 mina aşkarlanıb

    22 Sentyabr 2025 14:28

    Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

    22 Sentyabr 2025 12:32

    Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olunub

    20 Sentyabr 2025 16:08

    Xankəndidə Şəhər Günü təntənə ilə qeyd olunur

    20 Sentyabr 2025 12:57
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 5 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 5 noyabr

    Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti müzakirə olunub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Ceyhun Bayramov Əlcəzair Xalq Milli Məclisinin sədri ilə görüşüb

    Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir

    Fransa prezidentinin müşaviri Bakıda bir sıra görüşlər keçirib

    Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında olub

    Biləsuvarda Zəfərin ruhu adlı foto və rəsm sərgisi keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.