Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 107 il ötür

    15 Sentyabr 2025 10:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 107 il ötür.

    AzerVoice-in məlumatına görə, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

    Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

    1918-ci il sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürür. Nuru Paşanın 10 sentyabr tarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilir, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilir.

    Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalara göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat 02-də Bakıya hücumun başlayacağını bildirir.

    Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır.

    Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

    Sentyabr 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

    Sentyabrın 15-də Gəncədə "Azərbaycan" qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xəbərlər dərc edilir: "Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətlərinin teleqramı: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu".

    Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçür. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanılır.

    Sentyabrın 18-də şəhər ətrafında dayanmış Qafqaz İslam Ordusu qoşun hissələri Bakıya daxil olur. Şəhərin əsl sahibi olan Azərbaycan türkləri müzəffər ordunu xilaskar kimi böyük hərarətlə qarşılayır.

    Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunur, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulur.

    Qafqaz İslam Ordusu Bakı döyüşündə təqribən 2000 şəhid verib.

    Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

    Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

    #Azərbaycan-Türkiyə #Qafqaz İslam Ordusu #bolşevik-daşnak #Nuru Paşa #General Denstervill #Sentrokaspi Diktaturası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zəfər xronikası. 9 noyabr 2020-ci il: Prezident İlham Əliyev “BBC News”a müsahibə verib

    9 Noyabr 2025 03:00

    44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

    9 Noyabr 2025 00:31

    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    9 Noyabr 2025 00:22

    Türkiyə Prezidenti sosial şəbəkə hesablarında Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

    8 Noyabr 2025 15:43

    Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

    8 Noyabr 2025 14:27

    Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü ilə bağlı paylaşım edib

    8 Noyabr 2025 10:52

    Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlıq əbədidir - Mehmet Yüce

    1 Oktyabr 2025 13:01

    Ərdoğan Anım Günündə Qarabağ şəhidlərini yad etdi

    27 Sentyabr 2025 13:46

    Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşdan Bakı mesajı

    15 Sentyabr 2025 15:46

    Azərbaycanı dəstəkləmək, bir yumruq olmaq əzmindəyik - Türkiyə MN

    15 Sentyabr 2025 14:39

    Qafqaz İslam Ordusunun zəfəri Türk birliyinin rəmzi kimi tarixə düşdü

    15 Sentyabr 2025 08:00

    Sabah Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək

    3 Sentyabr 2025 16:12
    Demo
    XƏBƏR LENTİ

    Şimali Kipr, Norveçin Cənubi Kiprə silah satışına etiraz edib

    Zəfər xronikası. 9 noyabr 2020-ci il: Prezident İlham Əliyev “BBC News”a müsahibə verib

    Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

    Tarixdə bu gün - 9 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

    Çin raket arsenalını genişləndirir

    Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

    Ərdoğan və Şərif Bakıda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.