BAKI,AzerVoice
Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.
AzerVoice-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı politoloq, Rusiya Federasiyası Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlığının gücləndirilməsi” mövzusuna həsr olunmuş 3-cü Şuşa Qlobal Media Forumu ərəfəsində jurnalistlərə bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev bütün Qarabağ üzərində nəzarəti tam bərpa etməyə və əraziləri azad etməyə nail oldu. Bu baxımdan, digər liderlər onun nümunəsindən dərs ala, zəfərin sirrini anlaya bilərlər. O, çox təcrübəli və ağıllı rəhbərdir”, – deyə S.Markov bildirib.
Qeyd edək ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a
yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi,
7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə
üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı
gözlənilir. Forum iştirakçıları arasında xarciri media
nümayəndələri ilə yanaşı, Azərbaycan KİV nümayəndələri, ekspertlər
və rəsmi şəxslər də yer alır.
Açılış mərasimindən sonra forum işini sessiyalarla davam
etdirəcək.
Forum iyulun 21-ə kimi davam edəcək.