BAKI,AzerVoice
Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
AzerVoice xəbər veirir ki, bu barədə nazirliyin X sosail media hesabında paylaşım olunub.
"Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik" - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.
We sincerely congratulate all our friends in the Republic of #Azerbaijan on Independence Day!
— Uzbekistan MFA (@uzbekmfa) May 28, 2025
pic.twitter.com/VijCAVxliB