BAKI,AzerVoice
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
AzerVoice xəbər verir ki, bu barədə nazirliyin X sosial media hesabında paylaşım olunub.
"Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və ruh yüksəkliyini ürəkdən bölüşürük" - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.
Can Azerbaycan’ın Müstakillik Günü kutlu olsun!
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) May 28, 2025
Sevinci sevincimiz, kederi kederimiz olan Azerbaycanlı kardeşlerimizin iftiharını ve coşkusunu yürekten paylaşıyoruz. pic.twitter.com/EbY1VDm06N