Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    COP29 çərçivəsində Parlament Konfransının təşkili müzakirə olunub

    15 Oktyabr 2024 12:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.

     AzerVoice xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

    Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

    Qeyd olunub ki, beynəlxalq parlament qurumları ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edən Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir. Tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla təşkil olunması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlar yaradır. Martin Çunqonq Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunmasını təqdir edib.

    Spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini xatırladıb, tərəflər arasında aktiv dialoqun münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisi olduğunu diqqətə çatdırıb.

    Görüşdə cari ilin noyabrında Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar hazırlıq işləri ilə bağlı da müzakirələr aparılıb. Parlament konfransının COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında mühüm dəstək verəcəyinə əminlik ifadə olunub. Vurğulanıb ki, konfrans parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni ideyalarla çıxış etməyə imkan verəcək.

    COP29 çərçivəsində Parlament Konfransının təşkili müzakirə olunub
    #Sahibə Qafarova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoqun müşahidə olunur - Sahibə Qafarova

    23 Yanvar 2026 14:41

    Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

    20 Yanvar 2026 11:05

    IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb

    16 Yanvar 2026 14:33

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30

    Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb

    23 Dekabr 2025 11:26

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    21 Dekabr 2025 12:50

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    20 Dekabr 2025 15:20

    Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edəcək: Komissiya yaradılıb

    19 Dekabr 2025 11:24

    Avropa Parlamenti Azərbaycan əleyhinə qeyri-obyektiv və qərəzli siyasətini davam etdirir – Spiker

    19 Dekabr 2025 11:18

    Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrini qərəzli adlandırıb

    17 Dekabr 2025 16:00

    Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

    12 Dekabr 2025 11:26

    Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

    12 Dekabr 2025 09:06
    Demo
    XƏBƏR LENTİ

    ABŞ yardımının kəsilməsindən sonra Efiopiyada humanitar vəziyyət pisləşib

    Bu gün Rusiya ilk dəfə nüvə komanda sistemlərini aktivləşdirdi

    Misirdə 25 Yanvar İnqilabı niyə demokratiya ilə nəticələnmədi?

    Tarixdə bu gün - 25 yanvar

    YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq

    NATO-nun şərq cinahı robotlar və dronlarla gücləndiriləcək

    ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir

    Rusiya İstanbulda dialoqu davam etdirməyə hazır olduğunu bəyan edib

    2025-ci ildə kəsilən qurbanlıq ətlər Qəzzada ehtiyac sahiblərinə çatdırılıb

    Lilit: Mesopotamiya və yəhudi mifologiyasinin qaranliq siması

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.