Bakı, AzerVoice
Süleyman Oso Ankara rəhbərliyini Suriyadakı kürdlərin şəxsi həyatına hörmət etməyə çağırıb.
AzerVoice xəbər verir ki, bu haqda Suriya Kürd Milli Şurasının (ENKS) sədri Süleyman Oso verdiyi müsahibədə deyib. O, sərhəd qonşuları olan Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədiklərini bildirib.
Türkiyənin uzun sərhədə sahib qonşu bir ölkə olduğunu ifadə edən Oso Türkiyənin Suriyadakı kürd xalqının varlığına hörmətlə yanaşacağına ümid etdiyini bildirib.
Oso Türkiyə-Suriya yaxınlaşması və prezident Ərdoğanla Əsəd arasında gözlənilən görüş şayiələrlə bağlı olaraq xüsusilə ENKS daxilindəki kürdlərin narahat olub-olmaması ilə bağlı sualları cavablandırıb.
Oso ENKS-nin Suriya müxalifətinin bir hissəsi olduğunu bildirib. Oso vurğulayıb ki, hərtərəfli həll yolu Suriyadakı azlıqlar və millətlər məsələsinin ədalətli həllinin tapılmasını özündə ehtiva edən beynəlxalq qərarlardadır.
ENKS-in Suriya inqilabına qoşulduqdan sonra Suriyanın milli maraqlarını əsas götürdüyünə diqqət çəkən Oso, “Biz milli haqlarımızdan narahatıq. Bu rejim kürd xalqının öz varlığının konstitusiya ilə tanınmasını və milli hüquqlarının təmin olunmasını istəyən tələblərinə cavab vermir və hələ də kürd xalqının milli haqlarını inkar edir." dedi.
Oso həmçinin Suriyadakı kürd bölgəsi ilə bağlı rejim ilə Türkiyə arasında razılaşmaların olacağına inandığını bildirib.
Türkiyədə qaçqınların türk əhalisinin sıx yaşadığı bölgələrdə qanun pozuntularına və nümayişlərə məruz qalması ilə bağlı Oso, “Rejimin basqı və zülmü səbəbindən evlərini tərk edən Suriyalı qaçqınlara qarşı Türkiyə, Livan və İraqda etirazların və nifrət ritorikasının artması bizi narahat edir. Türkiyə müxalifətinin suriyalı qaçqınlara qarşı istifadə etdiyi bu ritorikanı şiddətlə qınayırıq”,- deyə əlavə edib.
Oso həmçinin "bunun davam etməsinə icazə vermək Türkiyə dövlətinin xeyrinə deyil və qaçqınları qorumaq üçün təcili hüquqi həl yolları gözlədiklərini" bildirdi.
Qeyd edək ki, Oso muxtar hökumət bələdiyyə seçkilərində iştirakdan imtina etmələri ilə bağlı, "Biz bu seçkiləri boykot etdiyimizi rəsmi bəyanatlarla elan etdik" dedə qeyd etdi.