Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərib

    19 İyul 2024 10:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Bir sıra beynəlxalq nəşrlərdə dərc edilən məqalələrdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29-da iştirak edən ölkələrin hökumətlərinə rəsmi məktub göndərildiyi bildirilir.

    AzerVoice xəbər verir ki, Britaniyanın “Business Green” nəşrində iyulun 18-də dərc olunan məqalədə yazılır:

    “COP29 iqlim sammitinin prezidenti təsdiq edib ki, iqlim maliyyələşdirilməsinin yeni hədəfi haqqında qlobal razılaşmanın əldə edilməsi qarşıdan gələn konfransda danışıqların əsas bəndi olacaq”. Qeyd olunur ki, СОР29-un prezidenti qlobal istiləşməni 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq məqsədilə hökumətləri yenilənmiş milli iqlim planlarını təqdim etməyə çağırır. Həmçinin vurğulanır ki, iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin (“New Collective Quantified Goal On Climate Finance – NCQG”) müəyyən edilməsi СОР29-a sədrlik edən ölkə üçün prioritet məsələ olacaq.

    Məktubda həmçinin “Çərçivə Konvensiyasının Tərəfləri olan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq iqlim maliyyələşdirilməsi sahəsində iddialı və real məqsədi razılaşdırmaq” zəruriliyindən bəhs edilir.

    COP29 prezidentinin fikrincə, ölkələr iqlim maliyyələşdirilməsinin hədəfi üzrə razılığa gəlmək üçün birgə işləməli olacaqlar. “Bu, təkcə bizim prioritetimiz deyil. Biz birlikdə bu tarixi mərhələyə nail olmaq üçün əlimizdən gələni etməliyik”, - deyə məktubda vurğulanır.

    Bundan əlavə, Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (İDÇK) qoşulmuş ölkələrin nazirləri, habelə danışıqlar qruplarının nümayəndələri və QHT-lərin iştirakı ilə Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində keçiriləcək tədbirlər və görüşlər barədə məlumat verib.

    Nəşr qeyd edib ki, o, ötən il Dubayda COP28-də işə salınmış və yoxsul və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən gəlməkdə kömək etmək üçün nəzərdə tutulmuş “İtki və zərərin kompensasiyası Fondunun” tam fəaliyyətini təmin etmək üçün addımların atılmasının vacib olduğunu xüsusilə qeyd edib.

    СОР29-un prezidentinin məktubu “Beril” qasırğasından sonra doğma Karriaku adasını ziyarət edən və onun dağıdıcı nəticələrindən sarsılan İDÇK-nin icraçı katibi Saymon Stilin beynəlxalq ictimaiyyətə videomüraciət yazdığı həmin gün dərc edilib. İlkin məlumatlara görə, Qrenadinı arxipelaqın tərkib hissəsi olan Karriakudakı evlərin və binaların 98 faizi dağıdılıb və ya əhəmiyyətli dərəcədə zədələnib.

    “İndi mən qonşularımın evindəyəm. Qonşu küçədə yerləşən nənəmin evi tamamilə dağıdılıb”, - deyə Stil qeyd edib. “Business Green” nəşrinə görə, iqlim fəlakətləri sadəcə insanların həyatını şikəst etmir, həm də uzunmüddətli xərclərə səbəb olur.

    “Bu o deməkdir ki, bütün hökumətlər iqlim dəyişmələri ilə bağlı tədbirləri öz gündəmlərində birinci yerə qoymalıdırlar”, - deyə İDÇK-nin icraçı katibi X sosial media platformasında yayımlanan videoçarxda bildirib və əlavə edib ki, uyğunlaşma, davamlılığın artırılması və icmaların qorunması üzrə daha effektiv planlar lazımdır.

    “Karriaku adasındakı evimizdən olarkən mən və həmyerlilərim bütün dünyada yüz milyonlarla insana çox yaxşı tanış olan dağıntıların şahidi olduq. İqlim böhranının nənəmin evinə gətirdiyi bəla bəşəriyyət üçün yeni normaya çevrilməməlidir”, - deyə Saymon Stil sonda bildirib.

    Qeyd etmək lazımdır ki, “Business Green” “yaşıl” iqtisadiyyat haqqında məlumat yayan, “yaşıl” biznes xəbərlərini dərc edən və ətraf mühit problemlərini işıqlandıran Böyük Britaniyanın aparıcı biznes nəşridir.

    #Muxtar Babayev #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    7 Dekabr 2025 13:16

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    22 Noyabr 2025 13:49

    Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub

    21 Noyabr 2025 15:27

    COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur

    20 Noyabr 2025 10:46

    COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib

    18 Noyabr 2025 21:51

    Yalçın Rəfiyev COP30-da Azərbaycanın milli bəyanatını təqdim edib

    17 Noyabr 2025 19:43

    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

    14 Noyabr 2025 16:30

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    10 Noyabr 2025 17:56

    Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib

    7 Noyabr 2025 22:01

    Milli Məclisin sədri Sahibə Qafarova Braziliyada COP30-un Liderlər Sammitində çıxış edib

    7 Noyabr 2025 14:29

    Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir

    4 Noyabr 2025 21:20
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Türkiyədən Qətərə mebel ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    Türkiyədən Qırğızıstana dəri ixracı 15 milyon dolları keçib (ÖZƏL)

    FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.