Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib

    15 İyul 2024 12:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,  AzerVoice

    Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.

    XİN-dən  AzerVoice-ə verilən məlumata görə, İran tərəfi akkreditasiya ölkəsi kimi, "Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası" çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.

    Hal-hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.

    Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.

    Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.

    Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
    #İran #Azərbaycanın İrandakı Səfirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran quraqlığa dəniz suyu ilə həll yolu axtarır

    6 Dekabr 2025 15:43

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    APA-nın Siyasi İşlər və Fələstin Komitələrinin görüşləri dekabrda İranda keçiriləcək

    3 Dekabr 2025 11:39

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    İran Türkiyənin Van şəhərində konsulluq açacaq

    30 Noyabr 2025 16:20

    Hakan Fidan İrana rəsmi səfərə gedəcək

    29 Noyabr 2025 15:51

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    İran 12 günlük İsrail müharibəsində 200-ə yaxın təyyarə və dronu məhv etdiyini açıqlayıb

    29 Noyabr 2025 12:47

    Şimal-Cənub dəhlizi Azərbaycan vasitəsilə formalaşır. Moskva və Tehran sabit marşrut seçirlər

    29 Noyabr 2025 09:26

    Avstraliya “İran İnqilab Keşikçiləri Korpusunu” terrora dəstək verən qurumlar siyahısına saldı

    27 Noyabr 2025 14:30

    Zədələnmiş nüvə obyektlərinin yoxlanılması hazırda risklidir - Əraqçi

    27 Noyabr 2025 13:07

    İran yalnız real və nəticəsi əvvəlcədən müəyyən edilməyən danışıqları qəbul edər - Laricani

    26 Noyabr 2025 15:28
    Demo
    XƏBƏR LENTİ

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    Türkiyədən Azərbaycana avtomobil ixracı 82 milyon dolları keçib (ÖZƏL)

    HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu bəyan edir

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.