Bakı, AzerVoice
ABŞ-ın Texas, Aydaho, Ohayo və Corciya ştatlarının bəzi şəhərləri Türkiyənin 15 iyul Demokratiya və Milli Birlik Gününü rəsmən tanıyıb.
AzerVoice xəbər verir ki, bu barədə Türk Amerika Rəhbər Komitəsinin (TASC) bəyanatında deyilib.
Bildirilib ki, TASC-nin təşəbbüsləri ilə Texas ştatının paytaxtı Ostin, Aydaho ştatının paytaxtı Boise, Ohayo ştatının Dayton və Corciya ştatının Kolumbus şəhərləri 15 iyul Demokratiya və Milli Birlik Gününü tanıyıb.
TASC prezidenti vəkil Seyit Şahin, şəhərlərin "tanıma bəyannamələrini" aldıqlarını qeyd edib.
O xatırladıb ki, ABŞ-ın paytaxtı Vaşinqton Bələdiyyəsi və Merilend ştatının Baltimor bələdiyyəsi ötən il 15 iyul Demokratiya və Milli Birlik Gününü tanıyıb.
"Türk-Amerika ictimaiyyəti olaraq bunu alqışlayırıq. Xüsusilə Texas ştatının ən çox FETÖ məktəblərinə ev sahibliyi etdiyini nəzərə alsaq, bu qərarların əhəmiyyəti artır" – deyə Şahin qeyd edib.
Hafiz Rufizoğlu