Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    COP29 zamanı Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən biri də Vardanyanın oğlu olub

    21 Dekabr 2024 15:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    COP29-a qarşı neqativ kampaniyanın sürətlənməsinin səbəblərindən biri də zəngin iş adamları tərəfindən PR və mənfi imic formalaşdırmaq sahəsində təcrübəsi olan şirkətlərin bu işə cəlb edilməsi olub.

    AzerVoice xəbər verir ki, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı hesabatında bildirilib.

    "Araşdırma nəticəsində bəlli olmuşdur ki, David Vardanyan (Ruben Vardanyanın oğlu) və Nubar Afeyan kimi zəngin iş adamları Azərbaycana qarşı kampaniyada maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək hibrid hücumlar təşkil edirlər", - hesabatda bildirilib.

    Qeyd edilir ki, Vardanyan və Afeyan cütlüyünün anti-Azərbaycan kampaniyasındakı taktikası tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, Amerikanın zəngin iş adamlarını və nüfuzlu ailələrini, habelə dövlət rəsmilərini müəyyən layihələrə cəlb etmək üzərində qurulmuşdur. Onlar insanların etibarından sui-istifadə edərək, Avrora Humanitar Təşəbbüs Fondu və təsis etdikləri “Avrora” mükafatı vasitəsilə xeyriyyə tədbirləri adı altında öz məkrli fəaliyyətini həyata keçirirlər. Bu yaxınlarda onlar Klintonlar ailəsinin üzvü olan Çelsi Klintonu “Avrora” mükafatının Seçim komitəsinə üzv qəbul ediblər. Həmçinin Seçim komitəsinin bir sıra üzvləri COP29 və Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olurlar.

    "Eyni zamanda, Vardanyanlar ailəsi bu işlərinə adı bir sıra qalmaqallarda çəkilən “Edelman” PR şirkətini və “Perseus Strategies” hüquq firmasını cəlb edibdir. “Edelman” şirkəti #FreeRubenVardanyan və #FreeArmenianPrisoners həştəqləri yaradaraq sosial media kampaniyası aparır", - deyə hesabatda qeyd edilir.

    Hesabatda bildirilir ki, onların məqsədi dünya miqyasında dəstək əldə etməklə, petisiyalar və məktublar formasında təzyiq göstərməklə, müxtəlif rəsmiləri, özəl təşkilatları və media qurumlarını cəlb etməklə Azərbaycana qarşı kütləvi hücumlar təşkil etməkdir. Yaratdıqları www.freearmenianprisoners.com saytında inandırıcı görünməsi üçün Azərbaycan da daxil olmaqla, guya 109 ölkədən Ruben Vardanyan kampaniyasına dəstək verildiyi görüntüsünü yaradırlar. Sadəcə, ölkələrin adlarını və uydurma insan adlarını yazmaqla kütləvilik olduğunu göstərmək istəyirlər.

    "“Ruben Vardanyan və digər erməni liderlər Azərbaycanda siyasi məhbus kimi bir illiklərini qeyd edirlər” adlı müraciətdə “Edelman” şirkətinin hansı dövlətlər və təşkilatlarla işlədiyi açıq-aydın ortaya qoyulur. Bu məsələdə Vardanyan ailəsinə Fransanın Havas PR şirkəti də ayrıca dəstək verir. Yeri gəlmişkən, adı bir çox qalmaqallarda hallandırılan “Edelman” şirkəti ilə bağlı maraqlı bir fakt isə “The Guardian” tərəfindən aparılan araşdırmada sübut edildiyi kimi, 10 il öncə onun iqlim dəyişikliyini, qlobal istiləşməni inkar edən şirkətlərə xidmət göstərməsi olmuşdur.

    “Perseus Strategies”-ə və rəhbəri Cared Genserə gəldikdə isə o, Vardanyanlar ailəsinin hüquq məsləhətçisi kimi apardığı anti-Azərbaycan fəaliyyətlə yanaşı, yaradıcısı olduğu “Freedom Now” beynəlxalq insan hüquqları QHT-si vasitəsilə ölkəmizə qarşı geniş kampaniya aparır", - hesabatda bildirilir.

    Qeyd edilir ki, “Freedom Now” digər “məşhur” QHT-lərlə birləşərək dayanmadan anti-COP və antiAzərbaycan fəaliyyəti ilə məşğul olur. Foto-faktlarda deyilənlər təsdiqini tapır.

    "Digər maraqlı bir fakt isə Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru olan argentinalı Luis Moreno Okampo ilə bağlıdır. O, İnsan Hüquqları üzrə Raul Vallenberq Mərkəzinin Beynəlxalq Hüquqi Məşvərət Şurasının üzvüdür. Təşkilatın Amerika üzrə sədri isə “Perseus Strategies”-in rəhbəri Cared Genserdir. Eyni zamanda, Argentinadan olan “El Armenio” ləqəbli erməni əsilli milyarder Eduardo Ernekiyan isə Vallenbergin adını daşıyan Beynəlxalq Raul Vallenberq Fondunun sədridir.

    Hər iki təşkilat arasında ad oxşarlığından savayı, rəhbər şəxslər arasında da sıx münasibətlər mövcuddur. Okamponun Ernekiyanla həmyerli olması isə şübhələri bir qədər də artırır. 38 O, təkcə son bir ay ərzində “X” səhifəsində Azərbaycana və COP29-a qarşı 120-dən çox qərəzli paylaşım etmişdir", - deyə hesabatda bildirilir.

    Eyni zamanda, vurğulanır ki, sosial media üzərindən əlaqələndirilmiş şəkildə aparılan kampaniyada bir sıra həştəqlərdən istifadə olunub.

    "Əsasən #COP29, #COPOUT29, #COP29EXPOSED, #COP29Exposed, #BoycottCOP29, #ProtestCOP29!, #FreeRubenVardanyan, #FreeArmenianPrisoners, #FreeArmenianHostages, #EndTheGagRule, #Greenwashing, #StopGreenwashGenocide, #StopWhitewashGenocide və başqa həştəqlərin təhlili göstərir ki, kampaniya vahid mərkəzdən, xüsusən də erməni əsilli şəxslərə bağlı olan profillər vasitəsilə aparılır", - deyə hesabatda vurğulanır.

    Həmçinin qeyd edilib ki, əksər profillərin koordinasiya olunmuş və kütləvi şəkildə saxta hesablardan istifadə etməsi faktları müşahidə edilib.

    "Saxta profillər COP29-la bağlı edilən paylaşımlara eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa yönəlmiş hərəkətlər edirlər", - deyə hesabatda bildirilir.

    #Ruben Vardanyan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    8 Dekabr 2025 20:43

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    8 Dekabr 2025 20:38

    Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib

    5 Dekabr 2025 20:14

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    2 Dekabr 2025 18:08

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    2 Dekabr 2025 17:53

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    1 Dekabr 2025 20:12

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    1 Dekabr 2025 19:57

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    25 Noyabr 2025 16:34

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    24 Noyabr 2025 20:13

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    21 Noyabr 2025 19:22

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    20 Noyabr 2025 20:03

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    20 Noyabr 2025 19:40
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qətərə avtomobil ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    Adnan Menderes hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisini qəbul edib

    Energetika naziri TDT çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün yaradılmasından danışıb

    Veteran və qazilərin məzuniyyət müddəti artırılır

    Azərbaycan sənaye təhlükəsizliyi sahəsində üçtərəfli memorandum imzalandı

    ABŞ Sudanda müharibəni dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.