Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının üzvləri seçkilərə hazırlıq prosesi barədə məlumatlandırılıb

    6 Fevral 2024 12:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    AzerVoice xəbər verir ki, Məzahir Pənahov ölkəmizdə 6,5 milyona qədər seçicinin qeydə alındığını, onların 6537 məntəqədə səs verəcəyini bildirib. O, həmçinin 1000 məntəqədə veb-kameraların quraşdırıldığını və bunun bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.

    İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini qonaqların diqqətinə çatdıran M.Pənahov qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər. Bildirib ki, Xocalı, Xankəndi, Şuşa və digər ərazilərdə səsvermə üçün bütün imkanlar yaradılıb.

    Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstov prezident seçkilərinin ciddi və məsuliyyətli proses olduğunu diqqətə çatdıraraq deyib: “Mən Moldovada, Qazaxıstanda, Qırğızıstanda seçkiləri müşahidə etmişəm. Bizim məqsədimiz seçkilərin şəffaf keçrilməsində ölkənizə dəstək olmaqdır”, - deyə o qeyd edib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

    Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının üzvləri seçkilərə hazırlıq prosesi barədə məlumatlandırılıb
    Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının üzvləri seçkilərə hazırlıq prosesi barədə məlumatlandırılıb
    #Rusiya #Belarus
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Keçən il Türkiyədən Rusiya dəri məhsulları ixracı azalıb (ÖZƏL)

    16 Yanvar 2026 11:18

    Keçən il Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 248 milyon dolları keçib (ÖZƏL)

    15 Yanvar 2026 10:54

    İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli razılaşma əldə edib

    15 Yanvar 2026 09:54

    Keçən il Türkiyədən Rusiyaya xalça ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    14 Yanvar 2026 12:00

    Dmitri Medvedyev Qrenlandiyanın Rusiyaya birləşə biləcəyini iddia edib

    13 Yanvar 2026 12:28

    İngiltərə Avropa ölkələri ilə birləşərək Qrenlandiyanı qorumaq üçün hərəkətə keçib

    12 Yanvar 2026 16:00

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Ərdoğan Türkiyənin Putin və Zelenski ilə birbaşa təmas qurmağa hazır olduğunu bildirib

    5 Yanvar 2026 13:24

    OPEC+ neft hasilatını sabit saxlayacaq

    4 Yanvar 2026 17:08

    Türkiyə Rusiya-Ukrayna münaqişəsində sülh üçün hər şeyə hazırdır - Ərdoğan

    3 Yanvar 2026 17:13

    Lukaşenko ABŞ-ın Venesuelaya hücumlarını pisləyib

    3 Yanvar 2026 15:57

    Maduro hekayəsi: Populizm, avtoritarizm və ABŞ müdaxiləsi fonunda Venesuela

    3 Yanvar 2026 15:11
    Demo
    XƏBƏR LENTİ

    Yuxuda zikr etmək nə deməkdir? – Təfsir və yozumlar

    Nüvə partlayışlarının insan sağlamlığına təsiri nələrdir?

    Bu gün ABŞ İspaniyaya səhvən hidrogen bombası atıb

    Tarixdə bu gün – 17 yanvar

    Tramp HƏMAS-a yeni ultimatum verərək silahsızlanma tələbini sərtləşdirildi

    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib

    Qırğızıstan nümayəndə heyəti Bakı 21 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə tanış olub

    “Səsiniz olaq” onlayn surdotərcümə xidmətindən indiyədək 300-dək şəxs faydalanıb

    Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib

    Bakıda Hindistanda siqhlərə və digər etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş beynəlxalq konfrans keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.