Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    İlham Əliyevin Azərbaycanın inkişafına töhfəsi dünya miqyasında təqdirəlayiqdir

    3 Fevral 2024 11:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Prezident İlham Əliyevin Azərbaycanın inkişafına müstəsna töhfəsi dünya miqyasında təqdirəlayiqdir

    Bu barədə AzerVoice-a Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç deyib.

    "Güclü və müdrik siyasi rəhbərlik olmadan mühüm nəticələr mümkün olmazdı və bu Prezident İlham Əliyevin xidmətidir. Azərbaycanın son illlər ərzindəki nailiyyətləri dünya ictimaiyyətinin səmimi heyranlığına layiqdir", - o deyib.

    Orliç bildirib ki, son 20 il ərzində Serbiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələri inkişaf edib və strateji tərəfdaşlıq qurulub. Tərəflər bir-biri ilə hərtərəfli əməkdaşlığı da fəal inkişaf etdirir.

    "Bu gün ölkələrimiz arasındakı münasibətlər ilk öncə möhkəm dostluq və liderlərimiz Prezident Aleksandr Vuçiç və Prezident İlham Əliyevin qarşılıqlı hörmət və dəstəyi əsasında qurulur. Hər iki ölkənin hökumət, parlament və vətəndaşları sıx əlaqə saxlayır. Serbiya və Azərbaycan arasında səmimi qəlbdən qürur duyduğumuz münasibətlər gələcəkdə də möhkəmlənməyə davam edəcək", - deyə Orliç qeyd edib.

    O həmçinin, Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdiyini və Belqradın buna görə minnətdar olduğunu bildirib.

    "Dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması dünyanın bütün ölkələri üçün son dərəcə vacib olan müqəddəs hüquqdur və BMT Nizamnaməsi ilə hər bir dövlət üçün təmin edilir. Serbiyanın bu məsələ ilə bağlı mövqeyi belədir və biz bütün dünya qarşısında bunu açıq şəkildə deyirik. Ölkələrimiz anlayır ki, təəssüf ki, dünyada heç də hamı bu məsələ ilə bağlı bu cür prinsipial mövqeyə malik deyil. Məhz bu səbəbdən Serbiya və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riyaət uğrunda mübarizədə səylərini birləşdirməlidir. Dövlətin öz ərazi bütövlüyünün bərpası üçün hərbi-siyasi strategiyadan istifadə etmək hüququ danılmazdır. Azərbaycan tərəfindən Serbiyanın suverenliyinin dəstəklənməsi xalqlar arasındakı səmimi dostluğun böyük sübutudur. Azərbaycan daima Serbiya tərəfindən analoji dəstəyə bel bağlaya bilər. Serbiya özü üçün arzuladığı sülh, sabitlik. tərəqqi və inkişafı Azərbaycan üçün də arzu edir", - Orliç deyib.

    O, Azərbaycanda keçiriləcək Prezident seçkilərinin tarixi əhəmiyyət daşıdığını, müstəqilliyin bərpasından sonra seçkilərin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcəyini qeyd edib.

    "Ölkənin bütün vətəndaşlarının seçkilərdə səsvermədə iştirak etməsi olduqca vacibdir, çünki ölkənin gələcəy üçün həlledici əhəmiyyət daşıyır. İstər siyasət sahəsi, istərsə də infrastruktur və həyat keyfiyyətində müstəqil siyasət olmadan irəliləyiş əldə etmək mümkün deyil. Həm Azərbaycan, həm də Serbiya məhz bu cür siyasət yeridən liderlərinn qətiyyəti və uzaqgörənliyi sayəsində bu həqiqəti yaxşı dərk edir. Ölkələrimizin vətəndaşları işıqlı gələcəyin təmin olunması üçün seçkilərdə fəal rollarının nə dərəcədə vacib olduğunu dərk edir və öz səslərini onları bu işıqlı gələcəyə aparmaq iqtidarında olan ən yaxşı liderlərə verir", - deyə o sonda deyib.

    İlham Əliyevin Azərbaycanın inkişafına töhfəsi dünya miqyasında təqdirəlayiqdir
    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26
    Demo
    XƏBƏR LENTİ

    İkinci Dünya müharibəsindən sonra qurulan qlobal nizam çatlayır - Ərdoğan

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    “Napoli”nin hücumçusu Lorenzo Lukka “Nottingem Forest”ə icarəyə verilib

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    SPECA iqlim dəyişikliyi üzrə dayanıqlı şəhərlər forumu yaradacaq

    Hikmət Qafarlı Avropa çempionatının Ukrayna – Litva matçına baş hakim təyin edilib

    Çelsidən Palmer üçün Mançester Yunayted iddialarına sərt cavab

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.