Bakı, AzerVoice:
Azərbaycanda prezident seçkilərini izləmək üçün 86 min 490 müşahidəçi qeydiyyatdan keçib.
AzerVoice-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
MSK rəsmisinin sözlərinə görə, onlardan 790 nəfəri beynəlxalq müşahidəçidir.