Bakı,Azervoice
Özbəkistanın bütün bölgələrində hospislər tikiləcək. AzerVoice xəbər verir ki, 2024-cü ilin sonuna kimi Daşkənd, Nukus və Özbəkistanın bütün regional mərkəzlərində ən azı bir hospisin açılması planlaşdırılır.
2024-cü ilin sonuna qədər tələblərə uyğun olaraq, hematoloji, onkoloji və klinik-immunoloji xəstəlikləri olan xəstələrə palliativ yardım göstərmək üçün hospislər tikiləcək.
Hospislər yaratmaq, onların maddi-texniki bazasını gücləndirmək və fəaliyyətlərinə daim dəstək vermək üçün, “Özbəkistan - 2030” strategiyasının həyata keçirilməsi üzrə 2024-cü ildə Dövlət Proqramını təsdiq edən prezidentin sərəncamına əsasən, Ali Məclis yanında Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək İctimai Fondu yaradılıb.
Hospislərin təşkilinə Qaraqalpaqıstan Nazirlər Şurasının sədri, rayonların və Daşkənd şəhərinin hakimləri cavabdehdirlər.