Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İŞİD-in Mosuldakı qətliam quyusunda 1500 cəsəd olduğu ehtimal edilir

    24 İyul 2024 17:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    İraqın Mosul şəhərinin Telafər bölgəsinin yaxınlığında aşkar edilən, terror təşkilatı İŞİD-in bölgəyə nəzarət etdiyi 2014-2017-ci illər arasında öldürülən və Telafərli türkmənlər olduğu təxmin edilən kütləvi məzarlıqdan meyit qalıqlarının çıxarılması üçün işlərə başlanılıb.

    İllərdir itkin düşən yaxınlarından xəbər ala bilməyən minlərlə İraq türkməni yaxınlarının cəsədlərinin İŞİD-in “qətliam quyusundan” çıxarılmasını gözləyirlər.

    Terror təşkilatı İŞİD Telafer rayonundan təxminən 10 kilometr cənubda yerləşən və yerli xalq arasında “Allav Anter” quyusu kimi tanınan, dərinliyi 100 metrdən çox olan quyuya “Cəhənnəm quyusu” adını verib.

    İŞİD 9 iyun 2014-cü ildə bölgəni nəzarət altına aldıqdan sonra öldürdükləri minlərlə insanı bu quyuya atıb.

    Türkmənlər İŞİD tərəfindən qaçırılan və aqibəti haqqında məlumat ala bilmədikləri yaxınlarının bu quyuya atıldığını bildirir.

    Türkmən qurumlarının, dərnəklərinin və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə bu kütləvi məzarlıq 10 ildən sonra İraq hökuməti tərəfindən açılıb və cəsədlər çıxarılmağa başlanıb.

    Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondunun rəhbəri Turhan Ketene verdiyi açıqlamada terror təşkilatı İŞİD tərəfindən kütləvi məzarlığa çevrilən bu dərin quyuda 1000-dən çox Telafer türkməninin cəsədinin olduğunu bildirib.

    T.Ketene terror təşkilatı İŞİD-in bölgəni nəzarətə götürdüyü 2014-2017-ci illər arasında minlərlə Telafər türkmənini qaçırdığını və onların taleyi ilə bağlı heç bir məlumat olmadığını qeyd edib.

    Quyunun kütləvi məzarlıq olduğunu 6 il əvvəl hökumət rəsmilərinə çatdırdıqlarını bildirən Ketene son vaxtlar başlayan cəsəd və qalıqların çıxarılması prosesinin davam etməsini istəyib.

    Beynəlxalq insan haqları bəyannaməsinə görə İŞİD-in burada insanlığa qarşı kütləvi qətllər törətdiyini xatırladan Ketene cəsədlərin çıxarılması işlərinə ara verilməməsini və minlərlə itkin düşmüş şəxsin cəsədinin ən qısa zamanda tapılmasını istəyib.

    Qadın və uşaqlara aid qalıqlar da var

    Telafer rayon bələdiyyə başçısı Halil Muhsin isə qeyri-hökumət təşkilatlarından aldıqları məlumat və sənədlər əsasında quyuda 1500-dən çox cəsədin olduğunu təxmin etdiklərini bildirib.

    Quyudakı cəsədlərin qalıqlarının çıxarılması üçün işlərin təxminən ay yarımdır davam etdiyini bildirən Muhsin kütləvi məzarlıqda hələ də çox sayda itkin düşmüş şəxsə aid cəsədin olduğunun təxmin edildiyini vurğulayıb.

    Muhsin Telafərdə tapılan quyudan başqa bir çox kütləvi məzarlığın olduğunu, lakin hələ də aşkar edilmədiyini bildirib.

    Çıxarılan cəsədlər arasında çox sayda uşaq və qadına aid qalıqlar olduğunu bildirən Muhsin işlərin sürətləndirilməsini və DNT analizinin aparılmasını istəyib.

    Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fonduna bağlı Türkməneli İnsan Haqları Mərkəzinin Telafer koordinatoru Əli Həbib terror təşkilatı İŞİD-ın daha əvvəl yayımladığı görüntülərə və bölgə xalqından olan şahidlərin ifadələrinə əsasən quyuda öldürülən türkmənlərin cəsədlərinin olduğunu bildirib.

    Həbib 2017-ci il dekabrın 9-da İŞİD-in bölgədən çıxarılması və Mosulun geri alınmasından dərhal sonra bu kütləvi məzarlıq ilə bağlı hökumətin mühüm orqanlarına müraciət etdiklərini və İraq Baş Nazirliyinə, Birləşmiş Millətlər Təşkilatına, İraq İnsan Haqları və Baş nazirliyə bağlı Şəhidlərin Hüquqları Təşkilatına sənədləri təqdim etdiklərini qeyd edib.

    Apardıqları araşdırmalara və mərkəzlərinə edilən müraciətlərə görə Telaferdə 1300-dən çox türkmənin taleyi ilə bağlı məlumat olmadığına diqqət çəkən Həbib bu dərin quyuda minlərlə cəsədin olduğunu təxmin etdiklərini ifadə edib.

    Təxminən ay yarım davam edən iş zamanı quyudan 200-dən çox cəsəd qalıqlarının çıxarıldığını bildirən Həbib qalıqların DNT analizi aparılması üçün İraq Səhiyyə Nazirliyinə göndərildiyini bildirib.

    Həbib quyudakı kütləvi məzarlığın İŞİD-ın bölgədən təmizlənməsindən sonra Mosulda tapılan ən böyük kütləvi məzarlıq olduğunu bildirib.

    Həbib toz fırtınası və isti havanın işləri çətinləşdirdiyini söyləyib.

    “Cəsəd axtarışı çətin şəraitdə aparılır. Yaxınlarını itirən minlərlə insan buradakı işləri yaxından izləyir. 10 il gözləmək asan deyil”, - deyə o bildirib.

    Terror təşkilatı İŞİD 2014-cü ilin iyun ayında Mosul, Səlahəddin və Enbarı bütünlüklə, Diyalə və Kərkük şəhərlərinin isə bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində terror təşkilatından geri alınıb.

    İraqın keçmiş baş naziri Heydər əl-İbadi 2017-ci il dekabrın 9-da terror təşkilatına qarşı qələbəsini elan edib.

    İŞİD-in Mosuldakı qətliam quyusunda 1500 cəsəd olduğu ehtimal edilir
    #İŞİD #İraq #Telafər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    7 Dekabr 2025 11:23

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08

    İstanbulda İŞİD-ə partlayıcı təmin edən 14 şübhəli saxlanılıb

    26 Noyabr 2025 11:23

    Körfəz müharibəsindəki ən böyük tank döyüşü

    15 Noyabr 2025 07:39

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    14 Noyabr 2025 16:33

    İraq ABŞ-dan 100 milyon dollarlıq hərbi rabitə sistemi alıb

    14 Noyabr 2025 10:05

    Sudani parlament seçkilərində böyük qələbə qazanıb

    12 Noyabr 2025 14:19

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    5 Noyabr 2025 09:00

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.