Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İran Qətərə müharibə elan etməyə hazırlaşır?

    17 Dekabr 2024 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    "İranın Qətəri vurmaq ehtimalı nəzəri baxımından mümkündür. Amma Tehranın bu niyyəti bumeranq olaraq özünün məhvinə gətirib çıxara bilər".

    AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın nüvə danışıqlarında iştirak edən keçmiş nümayəndələrindən birinin Qətəri yer üzündən silmək istiqamətində səsləndirdiyi bəyanatı şərh edərkən deyib.
    "Ümumiyyətlə, son hadisələr onu deməyə əsas verir ki, beynəlxalq müstəvidə cərəyan edən proseslər Trampın vəzifəyə başlayacağı günə qədər bir qədər intensiv şəkil ala bilər. Çünki dünyada bəzi qüvvələr çalışır ki, Tramp hakimiyyətə gələnə qədər geosiyasi məkanda öz problemlərini müəyyən qədər həll etsin", deyə Azər Hüseynov bildirib.

    Ekspert qeyd edib ki, Suriyadan sonra İrandakı siyasi sistemin dəyişdirilməsi də müəyyən qüvvələrin maraq dairəsindədir:
    "Amma siyasi sistemin dəyişdirlməsi bu ölkədə hansısa bir milli və dini azlığın hərəkətə keçirilməsi, yaxud da liberal demokratik hüquqarın tələb edilməsilə mümkün ola bilər. İran İsraili vurdu. Təbii bunun müqabilində cavabını da aldı. Lakin Suriyada rejimin devrilməsi və burada etnik və siyasi məsələlərin hələ də öz həllini tapmaması onu deməyə əsas verir ki, ola bilsin ki, bəzi güclər indi İrandakı rejimin də ortadan getməsinə çalışır. Ona görə də İranın özünü qoruma instinqti nöqteyi nəzərindən Tehranın istənilən yeri vurması istisna deyil".

    Həmsöhbətimiz düşünür ki, Qətərin vurulması baş verərsə, bu, ciddi beynəlxalq problemə yol aça bilər:

    "Qətər ərəb dünyasının maliyyə mərkəzidir. İngiltərə və Türkiyə ilə yaxşı əlaqəsi var. Onun vurulması böyük beynəlxalq problemə gətirib çıxara bilər".
    Qeyd edək ki, nüvə danışıqları üzrə İran nümayəndə qrupunun keçmiş üzvü Mohammad Marandi İranın nüvə obyektlərinə hücumlar olacağı təqdirdə cavab tədbiri olaraq Qətərə zərbələr endirilməsini təklif edib: "ABŞ-ın Qətərdəki Əl-Udeyd aviabazası kiçikdir. İrana aqressiya olacağı təqdirdə, Qətərin qaz obyektləri və infrastrukturu tam məhv ediləcək. Nəticədə Qətərdən qaz ixracı tam dayanacaq və bu dövlətin özü mövcud olmayacaq. Bununla da hər şey bitəcək".
    Doha ilə Tehran arasında sıx münasibətləri və onun İranla Qərb arasında vasitəçi rolunu nəzərə alsaq, Marandinin bu açıqlaması təəəccüb doğurur.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15

    Qəbirlər

    18 Noyabr 2025 16:15

    Fərqliliklər

    17 Noyabr 2025 16:01

    Ümmətin tarixində ən böyük faciə şirk faciəsidir

    17 Noyabr 2025 09:49

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Dairələri daraltmaq

    13 Noyabr 2025 09:32

    Ağlın Yolu

    5 Noyabr 2025 09:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 16 Dekabr

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.