BAKI, AzerVoice
Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar raundu İstanbulda keçiriləcək.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya KİV-i diplomatik mənbəyə istinadən məlumat verib.
Mənbə, İstanbulun yeni danışıqlar üçün “qəbul edilə bilən bir məkan” olduğunu təsdiqləyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Təhlükəsizlik və Müdafiə Şurasının katibi və İstanbul danışıqlarında Kiyevin nümayəndə heyətinə rəhbərlik edən Rustem Umerov, Rusiyanın yeni danışıqlar raundu ilə bağlı təklifini irəli sürüb.
Əlavə edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.
Hazırda tərəflər danışıqların konkret vaxtı və detalları üzərində razılaşma aparır.