Əsas səhifə » Pakistanda silahlı atışma: Ölənlər var (FOTO)

Pakistanda silahlı atışma: Ölənlər var (FOTO)

BAKI, AzerVoice

Pakistanın Bəlucistan əyalətində, Zargi Şanuri bölgəsi yaxınlığında silahlı toqquşma baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Pakistanın “The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, atışma nəticəsində 9 nəfər ölüb, bir polis əməkdaşı isə ağır yaralanıb.

Hadisə baş verən zaman polis qüvvələri Zargi dağlıq ərazisində silahlı şəxslərin gizləndiyi yerlərə reyd keçirirdi. Atışma zamanı ağır yaralanan polis əməkdaşı dərhal Peşəvər şəhərinə aparılaraq xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və hücumçuların tapılıb həbs olunması üçün axtarış əməliyyatı başladılıb.

Digər tərəfdən, Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Hanqu şəhərində keçirilən əməliyyat zamanı da 9 terrorçu zərərsizləşdirilib. Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, əməliyyat kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirilib. Reyd zamanı bölgədə olan terrorçu qruplaşmaya qarşı şiddətli atışma baş verib və nəticədə üç təhlükəsizlik əməkdaşı, o cümlədən bir polis zabiti yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice