Əsas səhifə » İran "Avropa üçlüyü" ilə danışıqları bərpa edir

İran "Avropa üçlüyü" ilə danışıqları bərpa edir

BAKI, AzerVoice

İran İslam Respublikası və "Avropa üçlüyü" (Almaniya, Böyük Britaniya və Fransa) Tehranın nüvə proqramı ilə bağlı danışıqların yenidən başlanması barədə razılığa gəliblər.

AzerVoice xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyinə məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, danışıqların mahiyyəti üzrə razılıq əldə olunub, lakin vaxt və məkanla bağlı məsləhətləşmələr hələ də davam edir. Danışıqların gələn həftə hansı ölkədə keçiriləcəyi isə hələlik dəqiqləşdirilməyib.

Xatırladaq ki, bundan əvvəl İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirməyə hazır olduğunu və yaxın zamanda “Avropa üçlüyü” formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdən keçirdiyini bildirmişdi.

Bu danışıqlar İran və üç Avropa ölkəsinin xarici işlər nazirliklərinin müavinləri səviyyəsində keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice