Əsas səhifə » İran Nüvə Razılaşmasından imtina edə bilər

İran Nüvə Razılaşmasından imtina edə bilər

BAKI, AzerVoice

İran İslam Respublikasının parlamenti, ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması və uranın 60 faizdən yuxarı zənginləşdirilməsinə başlanması ehtimalını gündəmə gətirib.

AzerVoice xəbər verir ki, İran parlamenti bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, İran hökuməti beynəlxalq öhdəliklərini dayandırmaq və uranı daha yüksək səviyyədə zənginləşdirmək niyyətindədir.

Bu addımların əsas səbəbi ölkəyə qarşı artan sanksiya təhdidləridir. Parlamentin fikrincə, bu qərarlar Tehranın Qərbdən gələn təzyiqlərə cavabı kimi qiymətləndirilməlidir.

Qərb ölkələri isə İranla nüvə razılaşmasının əldə olunması üçün avqustun sonuna qədər vaxt qoyub. Əgər Tehran bu müddətədək ABŞ-la razılığa gəlməzsə, yeni və daha sərt sanksiyaların tətbiqi gündəmdədir.

Digər Kateqoriyalar

2025 © Azervoice