Əsas səhifə » Türkiyənin dəstəyi ilə atəşkəs imzalandı - Barak

Türkiyənin dəstəyi ilə atəşkəs imzalandı - Barak

BAKI, AzerVoice

İsrail və Suriya arasında atəşkəs razılaşması əldə olunub.

AzerVoicexəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak İsrailin baş naziri Binyamin Netanyahu ilə Suriya prezidenti Əhməd əş-Şaraa arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.

O bildirib ki, razılaşma Türkiyə, İordaniya və digər qonşu ölkələrin iştirakı və dəstəyi ilə baş tutub.

Barak sosial şəbəkə platformasında yayımladığı açıqlamada razılaşmanın ABŞ dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə imzalandığını qeyd edib. O, bölgədəki bütün qrupları – dürziləri, bədəviləri və sünniləri silahı yerə qoymağa, digər azlıqlarla birgə vahid Suriya kimliyi formalaşdırmağa çağırıb. Barak həmçinin Suriyada yaşayan bütün qonşu xalqları və sülh tərəfdarlarını qarşılıqlı hörmətə dəvət edib.

Qeyd edək ki, İsrail və Suriya arasında uzun illər davam edən gərgin münasibətlər fonunda bu cür razılaşmalar nadir hallarda baş verir və bu addım regionda sabitliyin bərpası baxımından əhəmiyyətli hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice