BAKI, AzerVoice
İranın xarici işlər naziri Abbas Ərakçi İstanbulda keçirilən İƏT
Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında çıxışı zamanı
Yaxın Şərqdəki vəziyyəti və diplomatik həll yollarını
dəyərləndirib.
AzerVoice xəbər verir ki, İranın
xarici işlər naziri Abbas Ərakçi İstanbulda keçirilən İƏT Xarici
İşlər Nazirləri Şurasının 51-ci sessiyasında çıxışı zamanı Yaxın
Şərqdəki vəziyyəti və diplomatik həll yollarını dəyərləndirib.
O, İsrailin İrana qarşı hərbi əməliyyatlarını sərt şəkildə qınayıb
və ABŞ-ın bu prosesə qoşulmasının region üçün ciddi nəticələr
doğura biləcəyini bildirib.
Ərakçi bildirib ki, diplomatiya 2015-ci il nüvə razılaşması
zamanı işlədiyi kimi, bu gün də işləyə bilər.
“Diplomatiya keçmişdə işlədi və yenə də işləyə bilər. Lakin bu,
yalnız təcavüz dayandırıldıqdan sonra mümkündür.” - deyə o qeyd
edib.
Nazir əlavə edib ki, İsrail hazırkı gedişatı ilə açıq şəkildə
diplomatiyaya qarşı çıxır və münaqişəni danışıqlar masasına deyil,
hərbi qarşıdurmaya sürükləyir.
“Biz 2015-ci ildə olduğu kimi, yenə də danışıqlar yolu ilə həllə
hazırıq,” deyən Ərakçi, İranın sülh yolunu açmaq üçün şəraitin
yaradılmasını zəruri saydığını vurğulayıb.
Qeyd edək ki, İranın tələbi ilə İslam Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İsrailin son hücumları ilə bağlı xüsusi iclas keçirilməsi planlaşdırılır.